Əsas Səhifə > Ölkə, Manşet > SƏFƏR ƏBİYEV YENİ NAZİRƏ QARŞI HÜCUMA KEÇDİ

SƏFƏR ƏBİYEV YENİ NAZİRƏ QARŞI HÜCUMA KEÇDİ


31-10-2013, 13:42
SƏFƏR ƏBİYEV YENİ NAZİRƏ QARŞI HÜCUMA KEÇDİ
GENERALLARIN SAVAŞI BAŞLAYIR?

DİA.AZ: - Yeni təyin olunmuş müdafiə naziri, general-polkovnik Zakir Həsənovun apardığı kadr siyasətindən narahatçılıq keçirən sabiq nazir Səfər Əbiyeb hücuma keçib. DİA.AZ bildirir ki, bu barədə “olaylar”a daxil olan məlumata görə, Z.Həsənovun uğurli kadr siyasətinə kölgə salmağa çalışan S.Əbiyev bütün imkan və vasitələrini işə salıb.

Məlumata görə, müdafiə naziri kimi strateji postda uğursuzluğa düçar olmuş keçmiş nazir öz sələfinin kadr siyasətini tənqid etmək üçün külli miqdarda pul xərcləməkdən belə çəkinmir. Hətta bu kampaniyaya keçmiş hərbçilərin də cəlb edildiyi bildirilir. Məsələ orasındadır ki, əvvəlcə Zakir Həsənovun kadr siyasətini məqbul hesab edən ekspertlər hazırda əks bəyənatlar səsləndirirlər. Məlumat üçün qeyd edək ki, “Müdafiə və Təhlükəsizlik Sektoruna İctimai Nəzarət” Koalisiyasının təmsilçisi Yaşar Cəfərov, “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri, polkovnik Üzeyir Cəfərov, hazırda mühacir həyatı yaşayan polkovnik Isa Sadıqov yeni nazirin kadr siyasətini tənqid edən açıqlamaları ilə gündəmə gəliblər. Milli Qəhrəman Məhəmməd Həsənov isə mətbuata açıqlamasında bildirib ki, Ali Baş Komandanın müdafiə naziri ilə bağlı yeni təyinatını bəyənir:

“Orduya yeni ruh və yenilik lazım idi. Səfər Əbiyev kimi insanları nəinki vəzifədən uzaqlaşdırmaq, onun rütbəsini də geri almaq lazımdır. Azərbaycan ordusuna o insan çox böyük zərbələr vurub, əsgər ölümlərini çoxunu gizlədib, bəzi faktlar açılmamış qalıb. Bunlar ölkəmizin imicinə xələl gətirən məsələlərdir. Artıq yeni müdafiə naziri təyin olundu. Bütün xalq ondan islahatlar gözləyir. Yeni nazirin vəzifədən uzaqlaşdırdığı insanların hər birini yaxşı tanıyıram. Düşünürəm ki, onların artıq pensiya yaşı çatmış, enerjiləri tükənmişdi. Zakir Həsənovun orduda bir sıra uğurlu islahatları həyata keçirəcəyinə ümid edirəm”.

Geri qayıt