Əsas Səhifə > Gündəm, Manşet > ƏSƏBLƏRİ DÖZMƏYƏN İŞ ADAMI İCRA BAŞÇISINI DÖYDÜ

ƏSƏBLƏRİ DÖZMƏYƏN İŞ ADAMI İCRA BAŞÇISINI DÖYDÜ


31-10-2013, 11:06
ƏSƏBLƏRİ DÖZMƏYƏN İŞ ADAMI İCRA BAŞÇISINI DÖYDÜ
RAYONDA DURUM KRİTİKDİR: İCRA BAŞÇISI İDARƏÇİLİYİ ƏLDƏN VERİB

DİA.AZ: - Əyalətlərdə baş verən üsyanlara biri də əlavə oluna bilər. DİA.AZ bildirir ki, bu barədə azerinfo.org saytı məlumat yayıb. Portala daxil olan xəbərə görə, növbəti qaynar bölgə Ağcabədi ola bilər. Belə ki, rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun sərt üslubu sakinlərin əsəblərini tarıma çəkib.

Dünən rayon mərkəzində baş verənlər isə kulminasiya nöqtəsi olub. Belə ki, ticarət mərkəzlərini təftiş edən Şahin Məmmədov dükan sahiblərindən birini sərt şəkildə təhqir edib. Təhqirə dözməyən sahibkar başçıya adekvat cavab verib. Bunu görən başçı təhdidin dozasını artırıb. Əlbəyaxa olan tərəfləri başçının müavinləri ayırıb.

Qeyd edəkn ki, Ağcabədinin icra başçısı uzun müddətdir çalışdığı rayonda ədəbsiz söyüşləri ilə hər kəsi təhqir etməsi ilə ün qazanıb. O dəfəlrlə ictimai yerlərdə idarə təşkilat rəhbərlərini söyərək təhqir etməsi barədə məlumatlat var.

Mənbəmiz onu da bildirir ki, başçı məsələnin paytaxta ötürülməsindən narahat olduğundan ört-basdır etmək istəyir.

Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırq...

Geri qayıt