Əsas Səhifə > Dünya > DÜNYANIN ƏN NÜFUZLU MÜSƏLMANLARI KİMDİR?

DÜNYANIN ƏN NÜFUZLU MÜSƏLMANLARI KİMDİR?


31-10-2013, 10:46
DÜNYANIN ƏN NÜFUZLU MÜSƏLMANLARI KİMDİR?
"Forbes" jurnalı dünyanın ən nüfuzlu şəxsiyyətlərinin siyahısını hazırlayıb. Siyahı dünya əhalisinin hər 100 milyon nəfərdən birini seçməklə tərtib edilib.

SalamNews-un İnterAz-a istinadən verdiyi məlumata görə, 72 nəfərdən ibarət siyahıya Rusiya Prezidenti Vladimir Putin başçılıq edir. İkinci yerdə isə ABŞ Prezidenti Barak Obama qərarlaşıb.
Siyahıda islam dünyasında nüfuzu şübhəsiz olan çox şəxsiyyət yer almasa da, bir neçə müsəlman yer alıb.

Səudiyyə Ərəbistanı kralı Abdullah ibn Əbdüləziz Əl-Səud 8-ci, İran İslam Respublikasının Ali lideri Ayətullah Xamneyi 23-cü, Birləşmiş Ərəb Əmirliyinin əmiri Şeyx Xəlifə bin Zayəd Əl-Nəhyan 34-cü, Səudiyyə Ərəbistanının neft naziri Ali Əl-Nəimi 40-cı, rusiyalı iş adamı Alişer Usmanov 63-cü, sudanlı iş adamı Muhammad İbrahim Xəlil isə 71-ci yerdədir.

Geri qayıt