Əsas Səhifə > Ölkə, Manşet > ABUTALIBOVUN YERİNƏ DAHA BİR İDDİALI
ABUTALIBOVUN YERİNƏ DAHA BİR İDDİALI30-10-2013, 15:56 |
DİA.AZ: - Yaxın vaxtlarda rayon icra başçıları ilə bağlı prezident İlham Əliyevin sərəncamları gözlənilir. DİA.AZ bildirir ki, bu barədə hakimiyyətdəki mənbələrdən bizimxeber.az-a sızan məlumata görə, icra strukturlarında ciddi islahatlar olacaq. Əksər rayon icra başçıları vəzifədən uzaqlaşdırılacaq, bəzilərinin isə rayonları dəyişdiriləcək. Artıq aidiyyatı qurumlara bununla bağlı bilgilər göndərilib. Amma kimin hansı vəzifəyə təyin olunacağı prezident İlham Əliyevin sərəncamından sonra bəlli olacaq. Redaksiyaya daxil olan məlumatda qeyd olunur ki, indi əsas diqqət yerdəyişmələrə yönəlib. Daha doğrusu, hansı icra başçısı hansı rayona göndərilsin, paytaxt meri Hacıbala Abutalıbovun yerinə kim təyin olunsun. Bu daha çox diqqətdədir. Hacibala AbutalibovMənbə bildidir ki, paytaxt meri olmaq üçün ən şanslı namizəd hazırda Zaqatalanın icra başçısı postunu tutan və təyinatdan sonra rayonda köklü dəyişiklik edən Mübariz Əhmədzadədir. Kifayət qədər ciddi dayaqları olan M.Əhmədzadə Bakı meri olmaq üçün uzun zamandır çalışır. Və onun fəaliyyəti mer olmaq üçün bütün parametrlərə uyğun gəlir. Mübariz Əhmədzadə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbəri Əhməd Əhmədzadənin qardaşı olmaqla yanaş, diğər hakimiyyətdaxili güclərin ən fəal üzvlərindən sayılır. Zaqatalada ciddi dayaqlara və kulli miqdarda maliyyə imkanlarına malikdir. Üstəlik Kür daşqınları zamanı çətin duruma düşən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbəri Əhməd Əhmədzadənin yeni hökümətdə yenidən yer alması bir daha göstərdi ki, ona hələ də etimad qalır. Və bu təyinat qardaşların yolundakı maneələri qismən də olsa təmizləyib. Lakin mer olmaq üçün Əhmədzadə qardaşlarının qarşısını kəsən başqa bir maniyyə, daha doğrusu, qruplaşma var. Amma o komandada təmsil olunanların hakimiyyətdəki dayaqları Əhmədzadə qardaşlarının dayaqları qədər güclü deyil. Məlumata görə, Mübariz Əhmədzadə dəfələrlə bildirib ki, paytaxt meri olmaq niyyətindədir. Yəqin ki, yaxın günlərdə verilən sərəncamlarda hansı komandanın qalib olacağının şahidi olacağıq. Geri qayıt |