Əsas Səhifə > Sosial, Manşet > ZAKİR HƏSƏNOVUN İLGİNC KADR İSLAHATI

ZAKİR HƏSƏNOVUN İLGİNC KADR İSLAHATI


30-10-2013, 12:37
ZAKİR HƏSƏNOVUN İLGİNC KADR İSLAHATI
YENİ NAZİR BAŞ LEYTENANTI MAYIR RÜTBƏSİ İLƏ VƏZİFƏYƏ GƏTİRDİ

DİA.AZ: - Müdafiə naziri Zakir Həsənovun imzaladığı əmrə əsasən ehtiyatda olan baş leytenant Tofik Tağıyevə mayor hərbi rütbəsi verilməklə o
(MKHH) rəisi vəzifəsinə təyin edilib.

DİA.AZ-ın verdiyi xəbərə görə, hərbi ekspert Üzeyir Cəfərov bu barədə məlumat verərək bildirib ki, MN kimi mühüm bir qurumda kifayət qədər savadlı və bacarıqlı hərbi həkimlər olduğu halda mülkidən ehtiyatda olan zabitin, özü də baş leytenantın MKHH kimi mühüm quruma necə rəhbərlik edəcəyi çox maraqlıdır. Və bu təyinat kollektivdə o qədər də müsbət qarşılanmayıb. Xatırladım ki, MKHH-nın sabiq rəisi tibb xidməti polkovniki Firudin Qarabəyov uzun illər MN sistemində çalışıb və bir müddət bundan əvvəl MN-nin Hərbi Həkim Komissiyasının sədri vəzifəsində xidmət keçib.

Nazirin digər əmri ilə sabiq müdafiə naziri Səfər Əbiyevin dönəmində nazirliyin Ərzaq Xidməti rəisi olmuş, bir müddət bundan əvvəl isə ehtiyata tərxis edilmiş polkovnik-leytenant Malik Qurbanovun yenidən hərbi xidmətə çağırılmaqla bu vəzifəyə təyin edilib. Digər təyinatlar və yerdəyişmələr də var. Onlar haqqında bir qədər sonra məlumat veriləcək.

Geri qayıt