Əsas Səhifə > Hadisə > SƏLİM MÜSLÜMOV KADR İSLAHATLARINA BAŞLADI

SƏLİM MÜSLÜMOV KADR İSLAHATLARINA BAŞLADI


30-10-2013, 12:09
SƏLİM MÜSLÜMOV KADR İSLAHATLARINA BAŞLADI
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov rəhbərlik etdiyi qurumda kadr islahatları həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, nazirin imzaladığı əmrlə nazirlik yanında Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev, aparat rəhbərinin müavini Elnur Camalxanov işdən azad ediliblər.

Bir neçə gün əvvəl Aparat rəhbəri vəzafəsindən azad olunaraq nazirliyin iqtisadiyyat şöbəsində işlə təmin olunan Elnur Kələntərovun isə ümumiyyətlə nazirlikdən uzaqlaşdırıldığı bildirilir. Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, bu əmrlərdən xəbərsizdirlər.

Geri qayıt