Əsas Səhifə > Cəmiyyət, Manşet > TAĞI ƏHMƏDOVUN İDARƏSİ QARŞISINDA ETİRAZ AKSİYASI

TAĞI ƏHMƏDOVUN İDARƏSİ QARŞISINDA ETİRAZ AKSİYASI


30-10-2013, 11:10
TAĞI ƏHMƏDOVUN İDARƏSİ QARŞISINDA ETİRAZ AKSİYASI
«GÜNDƏM XƏBƏR» QƏZETİ QADAĞADAN GİLEYLİDİR

DİA.AZ: - Məlum olduğu kimi, Bakı Metropolitenindəki satış nöqtələrində bəzi qəzetlərin satışına qadağa qoyulub. Və günü bu gün də qadağanın səbəbləri ilə bağlı doğru-dürüst izahat verilməyib. Həmin qadağadan əziyyət çəkən qəzetlərdən biri də «Gündəm Xəbər»dir.

Redaksiyadan DİA.AZ-a verilən məlumatda deyilir ki, dəfələrlə Metropoliten rəhbərliyi ilə əlaqə saxlamağa çalışsalar da, izahat almaq istəsələr də, alınmayıb: «Biz də artıq redaksiya olaraq etiraz aksiyası keçirmək qərarını vermişik. Sabah saat 12.00-da Bakı Metropoliteninin binası - Tağı Əhmədovun «mənzil-qərargahı» qarşısında etiraz aksiyası keçirəcəyik. Çalışacağıq ki, oxucularımızı da bu aksiyaya cəlb edə bilək».

«Gündəm Xəbər»in təsisçisi Şirin Cəfərinin söylədiklərinə görə, bununla yanaşı, onlar oxucuları ilə birgə metronun ayrı-ayrı stansiyalarında qəzetlərinin satışını təşkil etməyi də düşünürlər: «Bu barədə də qərar vermişik. Və özümüz öz qəzetimizi metroda satacağıq».

Geri qayıt