Əsas Səhifə > Gündəm, Manşet > ALI QOCAYEV ELŞAD ABDULLAYEV İŞİ İLƏ BAĞLI HƏDƏFDƏ

ALI QOCAYEV ELŞAD ABDULLAYEV İŞİ İLƏ BAĞLI HƏDƏFDƏ


30-10-2013, 11:01
ALI QOCAYEV ELŞAD ABDULLAYEV İŞİ İLƏ BAĞLI HƏDƏFDƏ
SAMUXUN İCRA BAŞÇISINI ŞANTAJ EDƏN DAİRƏLƏR BU YOLLA PUL QAZANIR

DİA.AZ: - Keçmiş ABU rektoru Elşad Abdullayevin məlum videobombardmanından sonra Binəqədinin ic\ra başçısı postundan alınaraq Samux rayon icra hakimiyyətinə başçı göndərilən Alı Qocayev bu «gözdən-könüldən iraq» vəzifəsində də dinclik tapa bilmir. DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, bir qrup fırıldaqçılar peyda olub və onlar icra başçısını şantaj edərək, hər dəfəsində çox ciddi məbləğdə pulunu əlindən alırlar.

Məlumatı verən qaynaq iddia edir ki, Alı Qocayevin fırıldaqçılardan şikayətçi düşməsi də imkansızdır: «Çünki həmin şəxslər icra başçısı ilə əvvəllər yaxşı münasibətdə olublar və hətta ortaq biznes münasibətləri də olub. Lakin Elşad Abdullayev məsələsindən sonra ortaqları ilə də münasibətlərini pozan Alı Qocayev onların timsalında özünə yeni düşmənlər qazanıb».

Mənbə bildirir ki, Alı Qocayevin mübhəm əlaqələrindən təfsilatı ilə xəbərdar olan keçmiş ortaqları bu məsələnin ictimailəşdiriləcəyi təhdidi ilə icra başçısından bir neçə dəfə külli miqdarda pul alıblar: «Artıq Alı Qocayevin səbr kasası daşıb. Və ortaqlarını ələ vermək məcburiyyətində qalıb. Amma onları bu məsələ ilə bağlı deyil, başqa mahiyyət üzrə «ilişdirmək» istəyir».

Onu da bildirək ki, redaksiyamıza Alı Qocayevin keçmiş biznes ortaqlarının kimlikləri ilə bağlı müəyyən bilgilər ötürülüb. Bu barədə yaxın vaxtlarda əlavə bilgiləri diqqətinizə çatdıracağıq. Bizi izləyin.

Bütün tərəfləri dinləməyə hazırıq…

Geri qayıt