Əsas Səhifə > Ölkə, Manşet > SABİRABADIN İCRA BAŞÇISI YEYİNTİDƏ İTTİHAM OLUNUR

SABİRABADIN İCRA BAŞÇISI YEYİNTİDƏ İTTİHAM OLUNUR


29-10-2013, 16:04
SABİRABADIN İCRA BAŞÇISI YEYİNTİDƏ İTTİHAM OLUNUR
İCRA BAŞÇISI İKİ AYA 1 MİLYONU XIRID EDİB

DİA.AZ: - Bir müddət öncə Sabirabad və Neftçala rayonlarında ünvanlı sosial yardımların verilməsində ciddi qanun pozuntularının olması və vətəndaşlara qarşı təziqlərin baş verməsi barədə məlumat vermişdik. Bildirmişdik ki, sözügedən rayonlarda dövlət büdcəsindən aztəminatlı ailələrə verilməsi nəzərdə tutulan ünvanlı sosial yardımlar bir neçə vəzifəli şəxslər tərəfindən mənimsənilir.

DİA.AZ-a daxil olan son məlumatlara görə, Sabirabad və Neftçala rayonlarında maliyyə nazirliyi tərəfindən yoxlamalara start verilib. Bu barədə danışan məlumatlı mənbə bildirir ki, məsələ təkcə ünvanlı sosial yardımların verilməsində yaşanılan nöqsanlar deyil. Eyni zamanda hər iki rayonda dövlət büdcəsindən ayrılan vəsaitlərin hesablanması zamanı yol verilən qanunsuzluqlardır.

Məlumatı verən qaynaq iddiat edir ki, hər iki rayonun maliyyə idarələrinin rəislərindən artıq büdcə vəsaitlərinin xərclənməsilə bağlı izahatlar alınıb: «Lakin hər kəs yaxşı bilir ki, maliyyə idarələrinin müdirləri icra başçısının icazəsi olmadan rayona ayrılan bir qəpiklə bağlı da müstəqil qərar verə bilməzlər. Yəni iş gedib başçılara çıxır».

Artıq konkrekt olaraq Sabirabadın icra başçısına qarşı ciddi dəlillərin əldə edildiyini bildirən mənbə Neftçalanın rəhbərinə qarşı da anoloji faktların əldə olunacağını istisna etmədi.

Xatırladaq ki, bu ilin avqust ayında Sabirabad Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat pul ayrılıb. Gələn məlumatlarda deyilir ki, həmin vəsaitin təön yarısı artıq qeybə çəkilib.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt