Əsas Səhifə > Ölkə > MƏKTƏB DIREKTORU OLMAQ ÜÇÜN 10 MİN MANAT
MƏKTƏB DIREKTORU OLMAQ ÜÇÜN 10 MİN MANAT29-09-2011, 11:42 |
MİSİR MƏRDANOV RÜŞVƏTİ NECƏ YIĞIŞDIRIB? Azərbaycanda təhsil sisteminin bərbad halda olmaqla yanaşı, həm də total korrupsiya girdabında boğulmasını təsdiq edən daha bir maraqlı məlumat açıqlanıb. TİA.AZ sosial şəbəkələrdə yayılmış məlumata istinadən xəbər verir ki, Cəlilabad rayonunda bununla bağlı daha bir faktın üzəri açılıb. Həmin məlumatda vurğulanır ki, rayonun Göytəpə şəhərindəki 1 saylı orta məktəbinin müəllimi Murad Hüseynov direktor təyin edilməsi məsələsi gündəmə gəlib. Amma «əliboş» yox. Yəni, yuxarıları «görərək». TİA.AZ bildirir ki, Murad Hüseynovun Göytəpə şəhər 1 saylı orta məktəbin direktoru vəzifəsinə təyin olunması üçün ondan 10 min manat rüşvət istənilib. «Təhsildə rüşvət yoxdur» deyən Təhsil Nazirliyi hər halda məsələdən xəbərsiz deyil. Ən azından bu qədər rüşvəti istəyənlər nazirliyi məlumatlandırmamış olmazlar. Ona görə ki, onların razılığı olmadan kimsəni bir yerdən başqa yerə qoymaq mümkün deyil. Bundan sonra nə deyəcəklər? Geri qayıt |