Əsas Səhifə > Siyasət, Manşet > HEYDƏR ƏSƏDOVUN «VURACAĞI» MƏMURLAR KİMDİR?

HEYDƏR ƏSƏDOVUN «VURACAĞI» MƏMURLAR KİMDİR?


29-10-2013, 11:27
HEYDƏR ƏSƏDOVUN «VURACAĞI» MƏMURLAR KİMDİR?
YENİ NAZİR İSMƏT ABBASOVUN YAXIN ADAMLARINDAN İMTİNA EDƏSİ OLDU

DİA.AZ: - İsmət Abbasovun yerinə kənd təsərrüfatı naziri təyin olunan Hesablama Palatasının sabiq rəhbəri Heydər Əsədov kadr islahatlarının start düyməsini basmağa hazırlaşır. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbələrdən informasiya daxil olub.

Bilgili qaynağın redaksiyamıza verdiyi məlumata görə, Heydər Əsədov ilk olaraq aşağıdakı kadrları yerlərindən tərpətməyi düşünür:

Nazir müavini Aslanov Aslan Əli oğlu;
Nazir müavini Əliyev Bəhram Hüseyn oğlu;Mətbuat xidmətinin rəhbəri Hacıyev Murtuzəli Məhəmmədəli oğlu;
İqtisadiyyat və maliyyə şöbəsinin müdiri Məcidov Rafiq Nemətulla oğlu;
İnvestisiya, proqram və layihələrin hazırlanması şöbəsinin müdiri Abbasov Rəşid;
Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Fərəcov Çingiz Əliş oğlu;
Dövlət kənd təsərrüfatı istehsalı müəssisələrini idarəetmə şöbəsinin müdiri Tağıyev Əhliman Savalan oğlu;
Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Məcidov Rəşad Rafiq oğlu.

Mənbəmizin bilgilərinə görə, artıq bu barədə qərar verilib: «Ola bilsin ki, bu siyahıdan kimlərsə çıxarılsın və yerinə başqaları əlavə edilsin. Amma ümuilikdə olaraq yeni nazir siyahıda təqdim olunan KTN rəhbərliyinin üstündən xətt çəkib. Onların yerinə kimlərin təyin olunacağı barədə isə dəqiq heç bir bilgi yoxdur».

Onu da bildirək ki, adları çəkilənlərin demək olar ki, hamısı İsmət Abbasovun ən yaxın kadrları hesab olunur.

Geri qayıt