Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ƏLİ HƏSƏNOVUN SÖZÜNÜN KƏSƏRİ YOX İMİŞ

ƏLİ HƏSƏNOVUN SÖZÜNÜN KƏSƏRİ YOX İMİŞ


29-10-2013, 10:49
ƏLİ HƏSƏNOVUN SÖZÜNÜN KƏSƏRİ YOX İMİŞ
Sabunçu rayonunda kirayədə qalan Cəbrayıl rayon qaçqını Gültəkin Kərimova 3 ailə üzvü ilə birgə 4 ildir Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsindən ev ala bilmir. Ailə Əsildar Məmmədəliyev küçəsində, eni 3 metr, uzunluğu 4 metr olan kiçik bir evdə kirayədə yaşayır. Mətbəx, yataq, qonağı otağı, hamam - hamısı bir otaqda yerləşir. Evin tavanı rütubətdən qopub düşür.
Qadın “Azadlıq”a deyir ki, 2009-cu ildə yoldaşı Allahyar Səfərov qəza nəticəsində ikinci qrup əlil olub. Ayağından 5 dəfə əməliyyat keçirib. Iki il əvvəl A.Səfərov Komitənin sədri Əli Həsənovun qəbulunda olub. Ə.Həsənov soruşub ki, indiyə qədər harada yaşamısan? Sakin deyib ki, kiraylərdə çətinliklə yaşayıb. Ə.Həsənov onun məktubunun üstünü yazaraq müavini Gəray Fərhadova tapşırıb ki, şikayətçinin ev problemi tezliklə həll olunsun. “Onlar da deyib ki, mümkün olan kimi kömək edəcəyik. Heydər Əliyev Fonduna, Sabunçu rayon Icra Hakimiyyətinə, baş nazir Artur Rəsizadəyə, Cəbrayıl rayon Icra Hakimiyyətinə məktub yazmışam. Sabunçu rayon icra hakimiyyətində hüquq şöbəsinin müdiri Rövşən Məmmədovun qəbulunda bir neçə dəfə olmuşam. Rövşən müəllim deyirdi ki, biz qaçqınların işinə baxmırıq, sən burada qeydiyyatda deyilsən. Gördü ki, ”Qaçqınkom" “icra hakimiyyəti həll etməlidir” yazıb, qayıtdı ki, bizim imkanımız, mənzil fondumuz yoxdur. Mən dedim ki, mən sizdən ev istəmirəm. Mənə nəsə daxma verin ki, mən özüm düzəldim. Mən hər ay kirayə pulu vermək istəmirəm. Hər ay 80 manat pul keçirirəm" - Gültəkin Kərimova deyir.

Qaçqın ailəyə ev verməyi Icra Hakimiyyəti Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə, Komitə də Icra Hakimiyyətinə ötürür. “”Qaçqınkom" dedi ki, bizim mənzilimiz olanda sizə ev verəcəyik. Hələlik bu problemi icra hakimiyyəti həll eləməlidir. Mən icra başçısı ilə görüşə bilmədim. “Qaçqınkom”dan axırıncı dəfə dedilər ki, sizin yerləşdirilməyiniz ən sonuncu yerdə gəlir. Istəyir mənzil şəraitiniz yaxşı olsun, istəyir olmasın. Məktəbləri, bağçaları boşaldacayıq, ən sonda kirayəşinlər gəlir. Sabunçu “qaçqınkom”unun sədri mənə dedi ki, torpaq alınanda sənə Cəbrayılda ev verəcəyik. O, bizə lağ edirdi".
Ailənin yaşadığı həyətdə uçuq bir ev var. Qapısı da, pəncərəsi də yoxdur. Allahyar Səfərov həmin evin onlara verilməsi üçün Sabunçu rayon Icra hakimiyyətinə müraciət edib. Icra hakimiyyətindən deyilib ki, “biz dövlət idarəsini heç kimə verə bilmərik”. Gültəkin Kərimova deyir ki, orada heç kim işləmir və ərazi istifadə olunmur.

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimov “Azadlıq”a deyib ki, kirayədə yaşayan məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün mənzil fondlarında ev yoxdur. “Bu cür ailələrin köçürülməsi hələ ki, imkan xaricindədir. Qaçqınların köçürülməsi mərhələli şəkildə həyata keçirilir. Bakıda ağır şəraitdə yaşayan qaçqınların köçürülməsinə başlanılıb. Iki yataqxana köçürülüb. Indi ağır şəraitdə olan ailələr ilkin mərhələdə köçürülür. Gələcəkdə onlar evlə təmin ediləcəklər. Ailə növbəsini gözləməlidir”.

Mətbuat katibi deyib ki, Qobu qəsəbəsində torpaq ərazisi ayrılıb və 2016-cı ildə həmin ərazidə ilkin olaraq 8 min qaçqın ailəsi yerləşdiriləcək. O hesab edir ki, bu mərhələdə və ya ondan sonra kirayədə yaşayan qaçqın ailələri evlə təmin ediləcəklər.
E.Qədimov əlavə edib ki, ailənin yaşadığı həyətdəki tikilidə yerləşdirilməsi üçün vətəndaş rayon icra hakimiyyətinə müraciət etsin. “Bəlkə icra hakimiyyəti həmin ailəni yerləşdirə bilər”.
Sabunçu rayon qaçqınlar şöbəsinin baş məslətçisi Telman Orucov “Azadlıq”a deyib ki, icra hakimiyyəti qaçqınlara ev vermir. “”Qaçqınkom"a deyən lazımdır, tikən də sənsən, ev verən də. Ev verəndə heç icra hakimiyyətini saymırlar. Bizim başımızın üstündən 50-60 ailəni köçürürlər. Biz qaçqınlara ev vermirik. Qaçqınların köçürülməsi il əlaqədar rayon icra hakimiyyətlərinin heç bir səlahiyyəti yoxdur".

Ölkə başçısı Ilham Əliyevin 2011-ci ilÿ21 fevral sərəncamıÿilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələri təsdiq edib. Sərəncama əsasən 2012-2014-cü illər ərzində Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış 5445 nəfərdən ibarət 1210 məcburi köçkün ailəsi üçün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalaraÿköçürülməsi nəzərdə tutulub. Bu iş bir neçə nazirliyə tapşırılıb. Işin icraçıları sırasında Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi də yer alıb.

Geri qayıt