Əsas Səhifə > Şou-biznes > MƏŞHUR REPERƏ "İNSANA HÜCUM ETMƏ" İTTİHAMI...

MƏŞHUR REPERƏ "İNSANA HÜCUM ETMƏ" İTTİHAMI...


29-10-2013, 09:43
MƏŞHUR REPERƏ "İNSANA HÜCUM ETMƏ" İTTİHAMI...
Amerikanın qalmaqallı reperi Kris Brauna qarşı insana hücum etmə maddəsi ilə ittiham irəli sürülüb və o həbs edilib. Polisin məlumatına görə, bazar günü səhər saatlarında Vaşinqtonda yerləşən otellərdən birinin yaxınlığında 24 yaşlı reperlə adı açıqlanmayan bir kişi arasında mübahisə düşüb, daha sonra mübahisə əlbəyaxa davaya çevrilib.

Bundan sonra Kris Braun tərəfindən döyülən şəxs zədələrlə xəstəxanaya çatdırılıb. Hücumla əlaqədar Kris Braunun 35 yaşlı mühafizəçisi Kris Hollosi də həbs edilib.

Reper Kris Braun 2009-cu ildə sevgilisi Rihannanı döydüyünə görə 5 il şərti həbs cəzası almış və 6 ay müddətinə ictimai işlərə təhkim edilmişdi. Rihanna sonradan onu bağışlayaraq barışsa da, cütlük bu yaxınlarda yenidən ayrılıb.

Geri qayıt