Əsas Səhifə > Siyasət, Manşet > ƏCNƏBİ EKSPERTDƏN ŞOK AZƏRBAYCAN AÇIQLAMASI

ƏCNƏBİ EKSPERTDƏN ŞOK AZƏRBAYCAN AÇIQLAMASI


29-10-2013, 09:20
ƏCNƏBİ EKSPERTDƏN ŞOK AZƏRBAYCAN AÇIQLAMASI
NƏDƏN RƏSMİ VAŞİNQTON AZƏRBAYCAN İQTİDARI İLƏ YOLLARINI AYIRIR?

DİA.AZ: - «Prezident seçkilərini uğurlu sonluqla bitirən İlham Əliyevin gedişləri əslində təkcə onun hakimiyyətinin deyil, bütünlükdə olaraq Azərbaycan dövlətinin mövqelərinin möhkəmlənməsinə gətirib çıxaracaq». Bu ilginc açıqlamanı hazırda Bakıda fəaliyyətdə olan Avropa ölkələrindən birinin diplomatı söyləyib.

Həmin anonim həmsöhbətlə olan danışığı DİA.AZ olaraq olduğu kimi diqqətinizə təqdim edirik:

- Son günlər, daha dəqiqi, prezident seçkilərindən sonra belə bir hal müşahidə olunur ki, Azərbaycan Qərbyönümlü siyasətdən imtinaya vadar edilir. Artıq belə bir təzahür var. ABŞ-dan olan basqılar sanki Azərbaycanı Rusiyaya doğru meyilləndirməyə hesablanıb. Və bu gün ABŞ-ın nüfuzlu simaları belə «artıq Amerikanın Azərbaycana olan maraqları azalıb» kimi ifadələri işlədirlər. Bu nə ilə bağlıdır?

- Bu fikirlərlə tanışam. Elə düşünülməsin ki, ABŞ artıq İranla dil tapmağa yaxın olduğundan Azərbaycan və ümumiyyətlə, Cənubi Qafqaz maraq dairəsindən çıxıb. Bu fikirlərə mən də tez-tez rast gəlirəm. Amma yanlışdır. Hətta Gürcüstanda Saakaşvilinin partiyasının məğlub olmasını da belə əsaslandırırlar bəziləri... bəzi analitiklər… Amma bu yanlışdır.

Amerika nə Azərbaycanla, nə də digər Cənubi Qafqaz ölkələri ilə tərəfdaşlıqdan imtina etməyib. Və bu tərəfdaşlıq hansısa yaxın məsafəli hədəflər üzərində də formalaşmayıb. Ki, kimsə İranla düzəlişməyə doğru gedən münasibətləri əsas kimi gətirsin. Belə deyil.

Məsələ ondadır ki, Amerika son zamanlar regionda, həmçinin bütün dünyada, xüsusən də müsəlman aləmində ciddi nüfuz itkisinə uğrayıb. Artıq Amerika barədə MÜSƏLMANLARIN DÜŞMƏNİ qənaəti mövcuddur. Azərbaycan da bir müsəlman ölkəsidir və eynilə digər islam ölkələrində olduğu kimi Azərbaycanda da antiAmerika ovqatı yaranmağa başlayıb.

Bunda ABŞ-ın demokratikləşmədən daha çox manevr etməsinin də payı var. Həmçinin artıq Amerika müsəlmanların gözündə ölüb. Demokratiya əvəzinə ölüm yayan bir ölkənin dünyadan geri çəkilməsi lazımdır. Sıra Avropadadır. Və bunu yaxşı başa düşən Amerika Avropa ilə yerdəyişməyə getməməsi üçün manevrlərini davam etdirəcək.

Avropa isə dayanmır. Güclənir. Amerika dünyanı kimsə ilə paylaşmaq istəmir. Amma Avropa alternativ güc kimi ABŞ-ın buraxdığı yanlışların üzərində dünyaya yeni ənənələr gətirməyi planlaşdırır. Yəni bura qədərki Amerikanın etdikləri idi, bundan sonra Avropanın etmək istədiklərinin dövranı gəlir.

- Ona görə də Obamanın hələ də qələbəsini tanımadığı İlham Əliyevi rahatlıqla Avropa ölkələrinin başçıları təbrik edirlər…

- Hərənin öz baxış prizması var. Bu gün Avropa inkişaf edir. Hətta ayrı-ayrı ölkələrdəki iqtisadi böhranlar belə «Avropa Birliyi 2010-cu ildə dağılacaq» proqnozlarını alt-üst etdi. Bu proqnozları da amerikalı analitiklər dövriyyəyə buraxırdılar. Amma olmadı. Avropa inkişaf yolundadır. Və bu gün demokratikləşmə missiyası Avropa ölkələrinin çiyinlərinə düşür.

Almaniya, Fransa kimi yeni güclər yaranıb. Bu ənənəvi güc mərkəzləri olsa da, artıq toparlanıblar və Avropa genişlənməyi düşünür. Ola bilsin ki, Azərbaycandakı prezident seçkiləri okeanın o tayından fərqli görünsün, Avropadan bir başqa… Bu təbiidir. Ümumiyyətlə, hərənin öz prizması var və get-gedə Avropa ilə Amerikanın mövqelərində ciddi fikir ayrılıqları müşahidə olunur.

- Yəqin məşhur telefon dinləmələri ittihamı da bu fərqliliyin qabardılması üçün bir fürsət oldu?..

- Təbii. Siz elə bilirsiniz ki, Avropada Amerikanı sevirlər. Bəlkə də radikal islam ölkələrində olduğundan da qat-qat artıq formada bir antiAmerika ovqatı var Avropada. Amma dövlətlərin tərəfdaşlığı xalqları uzun illər bir yerdə tutub. İndi isə Avropa xalqları Amerikanın okeanın o tayından ixrac etdiyi yanlış siyasətinin bədəlini ödəmək istəmirlər.

Ona görə də bu gün rəsmi Bakıya münasibətdə Qərbin vahid mövqeyi olmadı. Və Amerika əgər Cənubi Qafqaz ölkələrini, xüsusən də Azərbaycanı özündən itələyirsə, Avropa eyni siyasəti yürütməyəcək. Avropa Azərbaycanı özünün bir parçası hesab edir və buna görə də hansısa xırda fikir ayrılıqları Avropanı Azərbaycanı kəsib atmasına bəhanə ola bilməz.

- O zaman nədən rəsmi Vaşinqton Azərbaycanla belə kəskin davranır? Axı məntiqlə onlar Azərbaycanı itirmək istəməməlidirlər…

- Bu sualın cavabı sadədir. Artıq Amerikanın dövlət qayğıları dəyişib. Suriya kimi bir problem var. İraq, Əfqanıstan da bir ayrıca problemdir. Misirdə vəziyyət stabil deyil. Bununla yanaşı, bir çox müstəvilərdə Amerika döyüşür. Və artıq özünü toparlamış Rusiya Amerikanın qarşısında yaxşı alternativə çevrildiyindən rəsmi Vaşinqton bir sıra prizmalarda tələskən görünür və radikallığa meyil göstərir ki, bu da onların yanlışıdır. Kim iddia edə bilər ki, Amerika hər zaman doğrudur?

- Rəsmi Bakı da ABŞ-a qarşı sərt mövqedə dayandı. Bunu necə qiymətləndirirsiniz?

- Təbii ki, rəsmi Bakı bu şəkildə davranmalı idi. İlham Əliyev və onun komandası güclənir. Və bu güclənmə təkcə İlham Əliyevin hakimiyyətinin deyil, Azərbaycan dövlətinin mövqelərini gücləndirməkdədir. Hər kəs bunun fərqinə varır.

Artıq Azərbaycanla əvvəlki tonda, əvvəlki mövzuda danışmaq olmaz. Azərbaycan xeyli dəyişib. Bu dəyişikliyi görməmək, onu nəzərə almamaq isə səhv addımdır.

ABŞ-dan fərqli olaraq Avropa İlham Əliyevlə uzun yol qət etmək istəyir. Təbii ki, Azərbaycan xalqı bu birgəliyi dəstəkləyərsə…

Geri qayıt