Əsas Səhifə > Dünya > İRAN AMERİKAYA MEYDAN OXUDU

İRAN AMERİKAYA MEYDAN OXUDU


25-01-2012, 12:52
İRAN AMERİKAYA MEYDAN OXUDU

İRANLI GENERAL: “BİZ DÖYÜŞƏ HAZIRIQ”

“İran hərbi cəhətdən çox güclüdür. Biz istənilən yüngül və ağır döyüşə hər zaman hazırıq”. APA-nın məlumatına görə, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”) rəhbərinin mədəniyyət və təbliğat işləri üzrə müavini, general Məhəmməd Əli Asudi bildirib.

General deyib ki, ABŞ və İsrailin təhdidləri boş şeydir və onların köhnədən qalma səhv düşüncələrindən qaynaqlanır. O, yaxın günlərdə “Sepah”ın yeni hərbi manevr təşkil etməsinin gündəmdə olduğunu vurğulayıb. M. Asudi əlavə edib ki, fevralın 1-də, yəni 1979-cu il inqilabının 33-cü ildönümündə, iranlı gənc elm adamları tərəfindən dizayn olunmuş və istehsal edilmiş yeni silahlar təqdim olunacaq.


Geri qayıt