Əsas Səhifə > Cəmiyyət, Manşet > RƏSMİ BAKI SOVET DÖVRÜNDƏN QALMA KADRI «VURUR»

RƏSMİ BAKI SOVET DÖVRÜNDƏN QALMA KADRI «VURUR»


28-10-2013, 15:45
RƏSMİ BAKI SOVET DÖVRÜNDƏN QALMA KADRI «VURUR»
ANAR ÖZ YERİNİ KİMƏ VERİR?

DİA.AZ: - «Qurultayı gələn ilə qalan Azərbaycan Yazıçılar Birliyinin sədri dəyişəcək». Bu məlumatı tanınmış qələm sahiblərindən biri DİA.AZ-a ötürüb.

Mənbə adının çəkilməməsi şərtilə maraqlı açıqlamalar da verib. Belə ki, Anarın gedişi ilə bağlı qərarın «yuxarılar» tərəfindən verildiyini söyləyən mənbəmizin bildirdiyinə görə, Yazıçılar Birliyinə tanınmış detektiv yazarı Çingiz Abdullayevin sədr gətiriləcəyini də söylədi.

Məlumatı verən mənbə iddia edir ki, Çingiz Abdullayevin ondan sonra AYB-də rəhbər olması Anarla razılaşdırılıb.

Mənbə iddia edir ki, AYB-nin növbəti qurultayı gələn ilin fevral ayında baş tutacaq.

Qeyd edək ki, Anar 1987-ci ildən AYB-nin sədridir. Yəni sovet dövründən qalıb.

Geri qayıt