Əsas Səhifə > Ölkə, Manşet > İŞ ADAMI SAKİT ALLAHVERDİYEV DİA.AZ-I HƏDƏLƏDİ
İŞ ADAMI SAKİT ALLAHVERDİYEV DİA.AZ-I HƏDƏLƏDİ28-10-2013, 14:52 |
REDAKSİYAMIZA TƏXRİBATÇI ZƏNGLƏR GƏLİR DİA.AZ: - Bu günlərdə Rusiyada yaşayan azərbaycanlı iş adamı Sakit Allahverdiyevlə bağlı redaksiyamıza gələn məlumatlar əsasında bir material hazırladıq. Həmin xəbərin mahiyyətindən belə aydın olurdu ki, əslən Borçalıdan olan iş adamı Sakit Allahverdiyev bu dəfə də Azərbaycan dövlətinə qarşı ruslar tərəfindən istifadə olunacaq. DİA.AZ bildirir ki, buy azı ilə əlaqədar iş adamı redaksiyamıza telefon açıb. Amma maləsəf ki, redaksiyamıza zəng edən Sakit Allahverdiyev yazıda iddia olunanlara münasibətini bildirmək əvəzinə redaksiyamızı hədələyib. Belə ki, qeyri-etik ifadələr işlədən Sakit Allahverdiyev əslində öz mədəniyyətini də göstərmiş olub. Və artıq bununla bağlı redaksiyamız tərəfindən müvafiq bəyanat da hazırlanır. Onu da bildirək ki, redaksiyamızın telefonlarına müxtəlif telefon nömrələrindən təxribat xarakterli zənglər də daxil olmaqdadır. Onlardan biri də bu gün olub. Və bir neçə nömrədən edilib. Bu arada isə «070 215 06 65» nömrəli telefondan redaksiyamıza zəng olunub ki, bütün bunlarla bağlı DİA.AZ rəhbərliyi artıq hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşır. Geri qayıt |