Əsas Səhifə > Şou-biznes > "HEÇ BİR İTKİ MƏNİ BU QƏDƏR SİLKƏLƏMƏDİ..."

"HEÇ BİR İTKİ MƏNİ BU QƏDƏR SİLKƏLƏMƏDİ..."


25-01-2012, 12:35
"HEÇ BİR İTKİ MƏNİ BU QƏDƏR SİLKƏLƏMƏDİ..."

XALQ ARTİSTİ İL MƏRASİMİ KEÇİRİR

Ən hüznlü gününü yaşayan xalq artisti dünyasını dəyişmiş atası üçün il mərasimi keçirir.

Milli.Az məlumat verir ki, Azərbaycanın xalq artisti, Cənab Qızıl Şlyager Faiq Ağayev ömrünün 71-ci ilində dünyasını dəyişən atası Balağa Ağayevin vəfatından ötən bir ili böyük hüznlə yaşayır. Xalq artisti Facebook sosial şəbəkəsindəki profilində kədərini bu sözlərlə ovutmağa çalışıb:

"Bu dünyada nələri, kimləri itirmədim mən... Heç bir itki məni bu qədər silkələmədi... Bir ildir ki, sən yoxsan, ATA... Allahım, üsyan deyil bu, əsla! Amma onsuz çox pisəm, qəribsəmişəm. Natamamam... Elə bil, hələ dünən mənimləydin... Allah sənə rəhmət eləsin, papa!!!
Səbr, ya Rəbbim! Səbr..."

Məlumat üçün bildirək ki, gün başlayandan Bakının Təzə Pir məscidində müğənniyə başsağlığı verən qohumları, dost və tanışları üçün mərasim təşkil olunub.

Allah rəhmət eləsin!


Geri qayıt