Əsas Səhifə > Partiya > MÜSAVAT MERİYAYA MÜRACİƏT ETDİ

MÜSAVAT MERİYAYA MÜRACİƏT ETDİ


28-10-2013, 12:13
MÜSAVAT MERİYAYA MÜRACİƏT ETDİ
Müsavat Partiyası qurultay keçirilməsinə yer ayrılması üçün bu həftə ərzində Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət etməyi planlaşdırır. Bu barədə Lent.az-a partiya başqanının müavini Gülağa Aslanlı məlumat verib.

O bildirib ki, partiyanın dünən keçirilən Məclis toplantısında qurultayın keçirilməsi barədə məsələ yenidən gündəmə gəlib və bu həftə ərzində təşkilat komitəsi qurultayla bağlı texniki işləri müzakirə edəcək: “Biz qurultayımızı keçirməyə tam hazırıq. Bakı Şəhər İcra Hakimiyyəti yer ayırsa, qurultay baş tutacaq. Təşkilat komitəsinin bu həftə ərzində iclasları olacaq və yəqin ki, o iclaslarda yer ayrılması ilə üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilməsi məsələsi də müzakirəyə çıxarılacaq”.

G.Aslanlı onu da bildirib ki, qurultay yeri üçün BŞİH-dən istəyəcəkləri əsas yer Əl Oyunları Sarayı olacaq: “Ancaq bu yeri ayırmaq istəməsələr də, 800-1000 nəfərlik digər bir məkanda qurultayımızı keçirə bilərik”.

Geri qayıt