Əsas Səhifə > Partiya > İCTİMAİ PALATA ƏHƏMİYYƏTİNİ İTİRİB?

İCTİMAİ PALATA ƏHƏMİYYƏTİNİ İTİRİB?


28-10-2013, 11:48
İCTİMAİ PALATA ƏHƏMİYYƏTİNİ İTİRİB?
Bir neçə müxalif partiyanın, QHT-nin və ictimai fəalların təmsil olunduğu İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Xalq Partiyasının sədri Pənah Hüseyn deyib ki, hazırkı mərhələdə bu qurumun fəaliyyət göstərməsinə zərurət yoxdur: “Çünki müxalifətin daha geniş spektrinin birləşdiyi Milli Şura mövcuddur. Ona görə də müxalifətin iki birliyindən biri fəaliyyətinə xitam verməlidir. İşinə xitam verilməli təşkilat isə İctimai Palatadır, Milli Şuranın tərkibi daha genişdir, son siyasi proseslər də şuranın bayrağı altında baş verib. Bütün bunlar onu deməyə əsas verir ki, müxalifətin əməkdaşlığının formatı kimi Milli Şura qalmalıdır”.

Pənah Hüseyn bildirib ki, Koordinasiya Şurasının son toplantısında İctimai Palatanın buraxılması məsələsi müzakirə olunub, amma qərar verilməyib: “Qərar sessiyada veriləcək. Amma qərarın necə olacağını indidən demək çətindir”.

Xalq Partiyasının sədri Koordinasiya Şurası üzvlərindən neçə nəfərin İctimai Palatanın buraxılmasına tərəfdar olduğunu, neçə üzvün buna qarşı çıxdığını açıqlamayıb.

Geri qayıt