Əsas Səhifə > Şou-biznes > GƏNC MÜĞƏNNİYƏ ŞOK TƏKLİF

GƏNC MÜĞƏNNİYƏ ŞOK TƏKLİF


25-01-2012, 12:32
GƏNC MÜĞƏNNİYƏ ŞOK TƏKLİF

KƏMALƏ QARAMOLLAYEVA AÇIQ-SAÇIQ FİLMƏ ÇƏKİLƏCƏK?

Gənc ifaçı Kəmalə Qaramollayeva əcnəbi rejissorlardan filmə çəkilmək təklifi alıb.

Məlumata görə, o, bunu yerli telekanallardan birinə açıqlamasında bildirib.

K.Qaramollayevanın dediyinə görə, rejissorlar onun fotolarını müxtəlif xəbər saytlarında görüb və bəyəniblər. İfaçının sözlərinə görə, onun gözəlliyinə heyran olmuş rejissorlar Kəmaləni Kleopatra ilə müqayisə edirlər.

"Məlumdur ki, Kleopatra rolunu Elizabet Teylor yaradıb. Bizdə oxşarlıq görən rejissorlar məni filmə çəkilməyə dəvət ediblər. Amma orada açıq-saçıq səhnələr olduğundan hələ ki, dəvəti cavablandırmamışam", - deyə K.Qaramollayeva bildirib. O, bütün ssenarini oxumalı olduğunu söyləyib və bildirib ki, açıq-saçıq səhnələrə ailəsi razı olmadığı üçün çəkilə bilməz.


Geri qayıt