Əsas Səhifə > Gündəm, Manşet > MÜDAFİƏ NAZİRLİYİ SİSTEMİNDƏ HƏYƏCANLI ANLAR

MÜDAFİƏ NAZİRLİYİ SİSTEMİNDƏ HƏYƏCANLI ANLAR


28-10-2013, 10:22
MÜDAFİƏ NAZİRLİYİ SİSTEMİNDƏ HƏYƏCANLI ANLAR
YENİ NAZİR TƏKCƏ YARITMAZ KADRLARI «VURMUR»: KORRUPSİYANIN İZİ İLƏ…

DİA.AZ: - «Zakir Həsənovun müdafiə naziri postuna təyin olunması Milli Ordunun heyətində də böyük ajiotaj yaradıb. Daha doğrusu, zamanında orduya ayrılan büdcə pullarını mənimsəməyi vərdiş etmiş, orduda rüşvət və korrupsiyanı çiçəkləndirən onlarla MN məmuru var ki, bu gün vahimə içindədirlər və onlar da barələrində qərarın verilməsini həyəcanla gözləyirlər».

Bu şok açıqlamanı DİA.AZ-a verən hərbi mənbələr çox maraqlı faktları da açıqlayıblar. Mənbə iddia edir ki, Zakir Həsənov təkcə kadr islahatı həyata keçirməyəcək, eyni zamanda «vurulan» bəzi kadrların cəzalandırılması üçün müvafiq dövlət qurumlarına şok sənədləri təqdim edəcək.

Mənbənin söylədikləri: «Hazırda Müdafiə Nazirliyində çox ciddi araşdırma aparılır. Birbaşa olaraq nazirin göstərişi əsasında köhnədən qalan maliyyə sənədləri təftiş olunur ki, əslində bu sənədlərin bəziləri özündə böyük yeyintini ehtiva edir». Məlumata görə, artıq belə onlarla fakt aşkarlanıb və bu faktlar üzrə bir sıra MN qulluqçularının barəsində cinayət işinin açılması da mümkündür.

Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt