Əsas Səhifə > Hadisə > AĞCABƏDİDƏ DƏHŞƏTLİ OLAY

AĞCABƏDİDƏ DƏHŞƏTLİ OLAY


28-10-2013, 09:49
AĞCABƏDİDƏ DƏHŞƏTLİ OLAY
MAŞIN SU KANALINA AŞDI, 1 AİLƏNİN 4 ÜZVÜ BOĞULARAQ ÖLDÜ

Ağcabədidə ötən gecə dörd nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayonunun Mərzili kəndindən məcburi köçkün olan Əhmədov Afiq Asif oğlunun idarə etdiyi “VAZ-2107” markalı minik maşını Ağcabədi rayonunun Mehrablı kəndi yaxınlığında su kanalına düşüb.

Nəticədə maşında olan 5 nəfərdən dördü – sürücü, onun həyat yoldaşı Əhmədova Lətafət Eliş qızı, sürücünün anası Əhmədova Qönçə Əhmədalı qızı və xalası Quliyeva Səriyyə Əhmədalı qızı kanalda boğularaq ölüb.

Maşında olan digər şəxs - sürücünün xalası oğlu Əhmədov Rəşid Əyyub oğlu xilas ola bilib.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırma aparılır.

Geri qayıt