Əsas Səhifə > Hadisə > ABŞ SƏFRİLİYİ YENƏ DƏ HƏYƏCAN TƏBİLİ ÇALDI

ABŞ SƏFRİLİYİ YENƏ DƏ HƏYƏCAN TƏBİLİ ÇALDI


25-01-2012, 11:56
ABŞ SƏFRİLİYİ YENƏ DƏ HƏYƏCAN TƏBİLİ ÇALDI

“AZƏRBAYCANDA TERROR TƏHLÜKƏSİ VAR”

ABŞ-ın Azərbaycandakı səfirliyi Milli Təhlükəsizlik Nazirliyinin Bakıda xarici vətəndaşlara qarşı terror aktının qarşısının alınması barədə məlumatından sonra öz vətəndaşlarına xəbərdarlıq edib.

APA-nın məlumatına görə, müvafiq xəbərdarlıq ABŞ-ın Azərbaycandakı səfirliyinin saytında yerləşdirilib.

Səfirlik ABŞ vətəndaşlarına xatırladır ki, ABŞ əleyhinə və ABŞ-ın Azərbaycandakı xarici siyasət maraqları əleyhinə təhlükə qalmaqdadır: “Azərbaycandakı ABŞ vətəndaşları xüsusilə Qərb və İsrail icmaları ilə əlaqəli olan ictimai yerlərdə sayıq olmalıdır”.

Xatırladaq ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Bakıda terror aktının qarşısının alındığı barədə məlumat yayıb. Məlumata əsasən, İran xüsusi xidmət orqanları ilə əlaqəli olan Balaqardaş Dadaşov ötən il avqustun 11-də Ərdəbildəki mənzilində öz əlaltısı Rasim Əliyevə xarici ölkə vətəndaşları olan ictimai xadimləri öldürməyi sifariş edib.


Geri qayıt