Əsas Səhifə > Ölkə, Manşet > HEYDƏR ƏSƏDOV NAZİR KİMİ İLK GÖSTƏRİŞİNİ VERDİ
HEYDƏR ƏSƏDOV NAZİR KİMİ İLK GÖSTƏRİŞİNİ VERDİ25-10-2013, 16:25 |
YOLKƏNARI QƏSSABLARA QADAĞA GƏLİR DİA.AZ: - Yeni müdafiə naziri Zakir Həsənovun geniş miqyasda kadr islahatları həyata keçirdiyi bir ərəfədə İsmət Abbasovun yerinə kənd təsərrüfatı naziri (KTN) postuna təyin edilən Hesablama Palatasının sabiq rəhbəri Heydər Əsədovun da sakit dayanmadığı haqda informasiya əldə etmişik. Bu barədə DİA.AZ-a KTN-dəki qaynaqlardan sızan informasiyada qeyd olunur ki, Heydər Əsədov ilk iş günündə nazirliyin bir sıra əməkdaşlarını, rəhbər kadrlarını qəbul edib və onlarla gələcək fəaliyyətləri istiqamətində müzakirələr aparıb. Mənbə bildirir ki, bu müzakirələr zamanı nazir həm də ilk tapşırıqlarını verib: «Nazirin ilk tapşırığı yol kənarında satılan qəssablarla və ümumiyyətlə, satışa çıxarılan təzə heyvan ətinin keyfiyyətiylə bağlı olub. Nazir net şəkildə təlimat verib ki, baytarlıq xidməti yol kənarlarında pərakəndə şəkildə heyvanların kəsilməsinin, heyvan ətinin satışını qadağan edən tədbirləri həyata keçirməlidir». Bunun vətəndaşların sağlıq durumuna mənfi təsir göstərdiyini bildirən yeni nazir həmçinin vurğulayıb ki, yol kənarlarında nəzarətsiz qalan qəssablar kəsdikləri heyvanların ətlərini qaydalara uyğun şəkildə saxlama şəraitinə malik olmadıqlarından bu gün vətəndaşlar arasında bir xəstəlik yayıcısına çevriliblər. Mənbə bildirir ki, gələn həftədən etibarən KTN adından yol kənarlarında pərakəndə şəkildə satılan heyvan ətləri ilə bağlı tədbirlər həyata keçiriləcək. Geri qayıt |