Əsas Səhifə > Ölkə, Manşet > «KAROLİNA VALİANT» BARƏDƏ ŞOK FAKTLAR

«KAROLİNA VALİANT» BARƏDƏ ŞOK FAKTLAR


25-10-2013, 15:34
«KAROLİNA VALİANT» BARƏDƏ ŞOK FAKTLAR
PAKİSTANLI İŞ ADAMININ ETİRAFLARI

DİA.AZ: - Dünən Qafqazın ən böyük xəz-dəri dükanı olan «Karolina Valiant»da müştərilərə necə fırıldaq gəlinməsilə bağlı real faktları diqqətinizə təqdim etdik. Və bu materialımız böyük rezonansa nədən oldu.

Bildirək ki, Çindəki fabriklərdə istehsal olunan xəz-dəri mallarını Azərbaycanda «Avropa istehsalı» adı altında satışa çıxaran və Avropa qiymətilə müştərilərə təklif edən «Karolina Valiant»a bu məsələdə bir növ dövlətin müvafiq qurumlarının da arxa durduğunu xüsusi olaraq vurğulamışdıq. Və qeyd etmişdik ki, birbaşa olaraq bu işə cavabdeh olan İqtisadiyyat və Sənaye Naziri Şahin Mustafayev nədənsə özünün sahibkarlara qarşı cəza maşını kimi tanınan «antiinhisar xidmətini» bu şirkətə çox görür.

Nazirlik «Karolina Valiant»dan niyə qorxur?

Bildirək ki, əslində bu gün İqtisadiyyat və Sənaye nazirliyinin antiinhisar xidməti daha çox oliqarx məmurların keşiyində dayanıb və onların biznes maraqlarını qoruyur. Yəni bu gün hansısa məmurun şirkəti kolbasa istehsal edirsə, dərhal xırda kolbasa sexləri nazirlik tərəfindən hədəfə götürülür. Onların məhsulları insan orqanizmi üçün təhlükəli elan olunur. Sanki dünənə qədər nazirlik bu xırda sexin kolbasalarından xəbərsiz imiş. Təbii ki, xəbərləri var idi. Sadəcə olaraq həmin dönəmdə nazirliyin də «qiymətləndirilməsi» fonunda həmin «təhlükəli kolbasalar» satışa çıxa bilirdi. İndi isə həmin sahə iri məmurun marağını cəlb etdiyindən nazirlik cəza maşınını işə salmaq zorundadır.

Görünür elə buna görə də bu gün «Karolina Valiant»la bağlı nazirliyin susqunluğu hələ xeyli müddət davam edəcək. DİA.AZ bildirir ki, 2013-2014 yeni xəz-dəri satışı sezonunu açıq elan edən sözügedən şirkətdəki arxayınçılığı da məhz bu faktorla əlaqələndirmək olar. Onsuz da «Karolina Valiant»a nazirlikdən kimsə nəsə deməyəcək. Elə buna görə də birbaşa olaraq Azərbaycan istehlakçısının cibinə zərbə hesab olunan mövcud şəraitin qarşısı alınmayacaq.

«KAROLİNA VALİANT» BARƏDƏ ŞOK FAKTLAR

Pakistanlı iş adamı «Karolina Valiant»ı ifşa etdi…

DİA.AZ olaraq keçən araşdırmalarımızda da bildirmişdik ki, əslində «Karolina Valiant»ın bu gün Azərbaycanda çin malı ilə bazarı zəbt etməsi birbaşa olaraq cinayət əməli hesab olunmalıdır. Və bu əməlin sübuta ehtiyacı yoxdur. Çünki yetərincə faktlar var.

Birinci fakt, elə «Karolina Valiant»ın özünün yerləşdiyi «Binə» Ticarət Mərkəzində fəaliyyət göstərən digər xəz-dəri dükanlarına reyd təşkil etməklə ortaya çıxır. Həmin dükanların böyük əksəriyyətində aparılacaq müşahidələr də təsdiqləyər ki, digər dükanlarda olduqca aşağı qiymətə təklif olunan xəz-dəri malları «Karolina Valiant»da daha baha qiymətə və həm də aşağı keyfiyyətlə alıcılara təqdim olunur.

Hətta həmin ünvanda yerləşən və Pakistan vətəndaşları tərəfindən işlədilən (reklam olacağı səbəbindən adını çəkmirik -red.) dükanların birində isə DİA.AZ əməkdaşlarına rəsmən etiraf olundu ki, «Karolina Valiant»da satılan mallarla onların malları eynidir. Əməkdaşımızla Azərbaycan türkcəsində qırıq-qırıq danışan pakistanlı iş adamı bildirdi ki, onlar da eyni məhsulu eyni yerdən alırlar:

«Burada əsas fərq məhsulun kimin hansı emblemlə, etiketlə satışa çıxarmasındadır. Hərə öz markasını sifariş edir. Əslində bütün mallar eyni qaynaqdan gəlir. Ola bilsin ki, hansısa model inhisara alınsın. Amma qaynaq eyni olduğundan bu gün «Karolina Valiant»da gördüyünüz malı sabah mən satışa çıxara bilərəm və özü də başqa marka adı altında. Çünki bum arkanı artıq onlar ələ keçiriblər. Biz də başqa ad altında satmaq zorundayıq».

Pakistanlı iş adamı onu da etiraf etdi ki, nə keyfiyyətdə, nə də başqa bir xüsusiyyətində fərq olmayan malları onlar ikiqat aşağı qiymətə satırlar: «Birinci səbəbi odur ki, biz Azərbaycan vətəndaşı deyilik və bizi sıradan çıxarmaq asandır. İkinci səbəbi isə odur ki, onlar reklam olunurlar, biz isə yox».

«KAROLİNA VALİANT» BARƏDƏ ŞOK FAKTLAR

«Karolina Valiant»ı reklam edənlər də yaxşı tanıyır…

Reklamdan söz düşmüşkən, bildirək ki, «Karolina Valiant»ın reklamı ilə məşğul olan Azərbaycanın tanınmış telekanallarından birinin məşhur proqramının və bir o qədər də məşhur olan teleaparıcısı günlərin birində sözügedən şirkətin məhsullarının əsl qiymətini bütün efir qarşısında elan etdi.

Bildirək ki, həmin teleaparıcı «Karolina Valiant»la bağlı əsl həqiqətləri söyləyərkən artıq onun aparıcısı olduğu verilişə sözügedən xəz-dəri dükanı sponsorluq etmirdi. Və o da 9 milyonluq Azərbaycan xalqının qarşısında «Filan şirkətin xəzləri tam keyfiyyətsizdir, tükü tökülür» kimi ifadələri səsləndirdi.

Doğrudur, sonradan yenə də «Karolina Valiant» həmin verilişə sponsorluq etməyə başladı. Və bu zaman aparıcı da mövqeyini dəyişərək «Mənim anam da, yoldaşım da, qızım da «Karolina Valiant»ın xəzlərini bəyənir» ifadəsini işlətdi.

«KAROLİNA VALİANT» BARƏDƏ ŞOK FAKTLAR


Təbii ki, biz elə bir diskomfort şəraitdə deyilik ki, «Karolina Valiant» barədə həqiqətlərə göz yumaq.

Araşdırmalarımız davam edir. Bizi izləməkdə davam edin. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt