Əsas Səhifə > Güney Press, Araşdırma > RAFİQ ƏLİYEVLƏ BAĞLI DAHA BİR XƏBƏR YAYILDI

RAFİQ ƏLİYEVLƏ BAĞLI DAHA BİR XƏBƏR YAYILDI


25-10-2013, 12:38
RAFİQ ƏLİYEVLƏ BAĞLI DAHA BİR XƏBƏR YAYILDI
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev həbsdən azad olunandan sonra onlarla bağlı şayİələr tükənmək bilmir. “Azpetrol” və digər şirkətlərin geri qaytarıldığı iddia olunsa da, rəsmi qaynaqlar bu xəbəri təsdiqləmədilər.

AZERİNFO.ORG-a Fərhad Əliyevin yaxınları tərəfindən daxil olunan xəbərdə isə deyilir ki, sabiq nazir nə edəcəyinə hələlik qərar verməsə də, Rafiq Əliyev seçimini edib. R.Əliyev ölkədən gedərək, xarici ölkələrin birində öz biznesini quracaq.

Qərbi Avropa ölkələrindən birində, daha dəqiq desək, Almaniyanın Bavariya əyalətinə bağlı Yuxarı Frankoniya şəhərində öz həyatını davam etdirəcək Rafiq Əliyevin həbs olunmadan öncə orada villa aldığı da bəlli olub. Alp dağlarının yamacında yerləşən özünün həm də mədəni və tarixi irsi, o cümlədən əzəmətli təbiət gözəllyinin cazibəsi ilə turistləri cəlb edir. Frankoniyada yaradılmış yeni süni göllər istirahətə gələnləri su oyunlarında iştirak etməyə dəvət edir. Rafiq Əliyev də turist kimi getdiyi ölkədə ev sahibi olub. Qeyd edək ki, Almaniyada villa alan təkcə o deyil, əksər vəzifəli şəxslərin Almaniyada evləri vardır.

R.Əliyev Azərbaycandakı əlində qalan bütün biznesini sataraq, birdəfəlik olaraq, Almaniyada yaşayacaq. Buna səbəb kimi isə Azərbaycanda yenidən həbs olunma ehtimalının yüksək olması göstərilir. Onun yaxınlarına “Prezidentin qəbulundan görüləcək işlərlə bağlı təlimatlar alaraq çıxan 8 il içəridə saxlanılırsa, burada qalmaq çox təhlükəlidir” söylədiyi də vurğulanır.

Geri qayıt