Əsas Səhifə > Partiya > "MÜXALİFƏTİ MONAPOLİYAYA ALIBLAR"

"MÜXALİFƏTİ MONAPOLİYAYA ALIBLAR"


25-10-2013, 11:12
"MÜXALİFƏTİ MONAPOLİYAYA ALIBLAR"
"Müxalifət iqtidarı sağlam düşüncə və təfəkkür əsasında tənqid etməlidir."

Bunu SalamNews-a Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədr müavini Ramil Hüseynov deyib.

O bildirib ki, müxalifət iqtidarı bir çox məsələlərdə qınasa da, lakin özü hakimiyyətə irad tutduğu problemləri aradan qaldırmır: “Məsələn, bəzi müxalifətçilər ölkədə monopoliyadan danışırlar, amma özləri də müxalifəti monopoliyaya alıblar. Eləcə də bir çox digər məsələləri qeyd etmək olar. Bunun səbəbi var. Səbəb odur ki, həmin qüvvələr hakimiyyət daxilində bəzi qüvvələrlə əməkdaşlıq edirlər. Onlar məhz bu əmıkdaşlıq çərçivəsində güclüdürlər. Nəticədə öz monopolist idddialarını həyata keçirirlər. Ancaq hesab edirəm ki, bu, çox çəkməyəcək. İndi sağlam rəqabət nəticəsində kimlərin haqlı, kimlərin haqsız oldugu bilinəcək."

Geri qayıt