Əsas Səhifə > Şou-biznes > NAZPƏRİ ONA AXIRA QƏDƏR DƏSTƏK OLDU

NAZPƏRİ ONA AXIRA QƏDƏR DƏSTƏK OLDU


25-10-2013, 11:07
NAZPƏRİ ONA AXIRA QƏDƏR DƏSTƏK OLDU
Ötən gün xalq artisti Nazpəri Dostəliyevanın pərəstişkarı, bəstəkar-müğənni Arif Səlimovun toyu olub. 16 ildir müğənninin pərəstişkarı olan Arifə həm maddi, həm də mənəvi cəhətdən dəstək olan sənətçi toyun bütün xərcini öz üzərinə götürüb.

El şənliyi maraqlı anlarla yadda qalıb. Səbəbkar Arifin N. Dostəliyeva ilə birgə duet oxuması qonaqlara xoş anlar bəxş edib. Toyda xalq artisti Məleykə Əsədova, əməkdar artist Gülyaz Məmmədova, müğənni Murad Sadıq və başqa sənətçilər iştirak ediblər.

Xatırladaq ki, Arif ANS TV-nin “Toy olsun” verilişinin iştirakçısı olub.

Mərasimə xalq artisti Məleykə Əsədova, əməkdar artist Gülyaz Məmmədova və müğənni Murad Sadıq qatılıb.

Geri qayıt