Əsas Səhifə > Gündəm, Manşet > MÜDAFİƏ NAZİRLİYİNDƏ YENİ İSLAHAT DALĞASI

MÜDAFİƏ NAZİRLİYİNDƏ YENİ İSLAHAT DALĞASI


25-10-2013, 10:33
MÜDAFİƏ NAZİRLİYİNDƏ YENİ İSLAHAT DALĞASI
TANINMIŞ HƏRBİ EKSPERT VƏZİFƏDƏN GEDƏNLƏRƏ TƏSKİNLİK VERDİ

DİA.AZ: - Yeni təyin olunmuş müdafiə naziri, general-polkovnik Zakir Həsənovun kadr islahatları davam edir. DİA.AZ hərbi ekspert Üzeyir Cəfərovun bununla bağlı paylaşdığı "Facebook" statusunu diqqətinizə təqdim edir:

"Hər vaxtınız xeyir, dəyərli dostlarım. Deyirəm, dünən axsamdan çoxları gözləyir ki Müdafiə Nazirliyində başlanan kadr dəyişiklərindən daha hansılar haqqında onlara məlumat çatdıracağam. Özüm dünən yazmadım ki, fikirləşdim yəqin MN-nin Mətbuat Xidməti bu gün səhər həmən dəyişiklikləri ictimaiyyətə çatdıracaq. Artıq saat yarım vaxt keçib, səs-soraq yoxdur. Jurnalist dostlarım isə gözləyirlər. Məni bağışlayın, hörmətli general və polkovniklər. Başladıq.

MN-nin şəxsi iş idarəsinin rəisi, eyni zamanda Baş Qərargah rəisinin müavini- Səfərbərlik idarəsinin rəisi general-leytenant Yaşar Aydəmirov tutduğu vəzifədən azad edilib. Dünəndən etibarən üç idarənin işinə MN-nin Tərbiyəvi işlər idarəsinin rəisi general-mayor Vaqif Məmmədov rəhbərlik edəcək.

MN-də adı rüşvət və korrupsiya hallarında hallanan, bu yaxınlarda cəzaçəkmə müəssələrindən birindən Prezidentə açıq müraciətdə adı hallanan nazirliyin Büdcəyə nəzarət və Maliyyə İdarəsinin rəisi polkovnik Elçin Mehdiyev tutudğu vəzifədən azad edilərək cəbhə bölgəsindəki hərbi hissələrdən birinə təyin edilib. MN-nin Mühəndis istehkam xidmətinin rəisi polkovnik Mehman Qədiməliyev Bərdə Hərbi birləşməsinə aşağı vəzifəyə təyin edilib.

Başqa ciddi kadr dəyişiklikləri də var. İcazə verin bir az fasilə edək. Görək daha hansı xəbərlərlə dostlarla paylaşacağıq. Və sonda, MN-i general-polkovnik Zakir Həsənovun dünənki qərarları MN-də şok effekti yaradıb. Bəzi şəxslərin səhhətində ciddi problemlər yaranıb. Adamdan soruşarlar ki, nə olub ale, vəzifədi də, bu gün var, sabah yoxdur. Bir də, gəlməyi də getmək kimi çox normal qarşılamaq lazımdır".

Geri qayıt