Əsas Səhifə > Üçüncü sektor > BORÇALI TÜRKLƏRİNDƏN FRANSAYA ETİRAZ

BORÇALI TÜRKLƏRİNDƏN FRANSAYA ETİRAZ


24-01-2012, 16:38
BORÇALI TÜRKLƏRİNDƏN FRANSAYA ETİRAZ

BU, AVROPA DEMOKRATİZMİNƏ ARXADAN VURULAN XƏNCƏRDİR

Fransa senatı 23.01.2012-ci il tarixində qondarma “erməni soyqırımı” iddialarını inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qanun lahiyəsini qəbul etmişdir.

“Borçalı” İctimai Cəmiyyəti Türk dünyasının ayrılmaz hissəsi olan Borçalı türklərinin təmsilçisi olaraq, bu qərarı dünyada aparıcı olan Avropa demokratizminə arxadan vurulan xəncər hesab edir.

Özünü sivil, demokrat bir ölkə kimi göstərən, əslində soyqırımı yaratmaqda tarixdə böyük iz qoymuş Fransanın bu ədalətsiz qərarını qətiyyətlə pisləyir, onu təkcə Fransanın deyil bütün bəşəriyyətin tarixində silinməz ləkə kimi lənətləyirik.

Eyni zamanda bu qərarı dünyada etnik və dini bölücülük yaratmaqla, Türkiyə, Azərbaycan və bütünlükdə Türk dünyasına həqarət kimi dəyərləndiririk.

“Borçalı” İctimai Cəmiyyəti olaraq Fransa senatının bu məsuliyyətsiz qərarını birmənalı lənətləyir və hər zaman Türk dünyasının düşmənlərinə qarşı millətimiz və dövlətimizin yanında olacağımızı bəyan edirik.


Geri qayıt