Əsas Səhifə > Ölkə, Manşet > İQTİDARYÖNLÜ GƏNC NAZİR OLMAQ İSTƏYİRMİŞ

İQTİDARYÖNLÜ GƏNC NAZİR OLMAQ İSTƏYİRMİŞ


24-10-2013, 14:56
İQTİDARYÖNLÜ GƏNC NAZİR OLMAQ İSTƏYİRMİŞ
SON GÜNƏ QƏDƏR ÜMİDLİ OLUB

DİA.AZ: - 22 oktabr tarixində Nazirlər Kabinetilə bağlı verilən qərardan narazı qalanlar arasında xeyli sayda gənclər də var. Xatırladaq ki, zaman-zaman rəsmi Bakı kadr islahatlarında gəncləşdirmə siyasətini nəzərə alacağını vurğulamaqla yanaşı, bu yöndə çox ciddi addımlar da atmışdı. Elə buna görə də Nazirlər Kabinetinin təsdiqlənən yeni heyətinə düşmək istəyən gənclər də olub.

Əslində NK-nın təsdiqinə qədər bir gənc nazir heyətə düşə bilmişdi. Söhbət təhsil naziri postunda Misir Mərdanovu əvəzləyən Mikayıl Cabbarovdan gedir. Və onun NK-nın son heyətində də qərar tutması hakimiyyətin gəncləşdirmə siyasətinin təzahürü kimi qəbul olunmalıdır. Amma bu prosesin miqyası geniş olmalı idi və bu da hakimiyyətin yanında dayanan və özlərini artıq daha yuxarı vəzifələr üçün hazırlıqlı görən bəzi gənclərin qənaətidir.

Məlumatlı mənbənin DİA.AZ-a bildirdiyinə görə, hakimiyyətin fəal tərəfdarlarından olan və zamanında deputat olmuş gənclərdən biri NK-nın yeni heyətinə düşməsinə hətta inanırmış: «Onun kimliyi barədə əksəriyyət məlumdur. Son günlərə qədər inanırdı ki, nazir vəzifəsinə gətiriləcək. Amma ümidləri puça çıxıb».

Mənbəmiz onu da bildirdi ki, amma buna baxmayaraq, təsdiqlənən nazirlərin böyük əksəriyyətinin qarşısında gənc kadrlara üstünlüyün verilməsi öhdəliyi qoyulub: «Yəni onlara əslində göstərilir ki, hələ təcrübə toplamalıdırlar».

Geri qayıt