Əsas Səhifə > Sosial, Manşet > BAKININ 4 RAYONUNUN RƏHBƏRİ DƏYİŞDİRİLİR

BAKININ 4 RAYONUNUN RƏHBƏRİ DƏYİŞDİRİLİR


24-10-2013, 12:06
BAKININ 4 RAYONUNUN RƏHBƏRİ DƏYİŞDİRİLİR
«VURULAN» YUXARI RANQLI MƏMURLARDAN BİRİNƏ VƏZİFƏ VERİLƏ BİLƏR

DİA.AZ: - Nazirlər Kabinetindəki dəyişikliklərin ardından kadr islahatlarının davam edəcəyi anonsu dərhal vverilsə də, bu yenilənmələrin tədricən həyata keçiriləcəyi söylənilir. Bu barədə redaksiyamıza hökumət içindəki etibarlı mənbələrdən daxil olan informasiyada qedy olunur ki, Bakının rayon rəhbərlərinin də dəyişdirilməsi nəzərdə tutulub.

Mənbə bildirir ki, başda Hacıbala Abutalıbov olmaqla yanaşı, paytaxtın 12 rayonundan 4-nün rəhbərinin dəyişdirilməsi gözlənilir. Mənbənin DİA.AZ-a söylədikləri:

«Hacıbala Abutalıbovun gedişi gözlənilir. Doğrudur, hakimiyyət dəhlizlərində onun da Artur Rəsizadə kimi təkrar etimada layiq görüləcəyi söylənilir. Amma əks qənaət də mövcuddur. Yəni hələlik qəti qərar verilmədiyindən müxtəlif fikirlər söylənilir».

O ki qaldı gedişi ilə bağlı qərar verilən rayonlar, onlar barədə danışan mənbə DİA.AZ-a bildirdi ki, paytaxtın Nəsimi, Xətai, Sabunçu və Suraxanı rayonlarının rəhbərlərinin mövqeləri oynaqdır: «Onların vəzifələrindən alınması gözlənilir. Hətta ola bilsin ki, «yuxarıdan» vurulmuş məmurlardan biri rayonlardan birinə başçı gətirilsin. Bu da gözlənilir».

Geri qayıt