Əsas Səhifə > Şou-biznes > İLHAM MİRZƏYEV TÜRKİYƏDƏ BİZNES QURUR

İLHAM MİRZƏYEV TÜRKİYƏDƏ BİZNES QURUR


24-10-2013, 09:26
İLHAM MİRZƏYEV TÜRKİYƏDƏ BİZNES QURUR
Türk dünyasının sənət imperatoru İbrahim Tatlısəs Azərbaycanın məşhur teleaparıcısı, psixoloq-alim İlham Mirzəyevlə biznes müqaviləsi imzalayıb. ANS PRESS-in məlumatına görə, İlham Mirzəyev İstanbulda İbrahim Tatlısəslə iş görüşməsində olub. Artıq iş adamı olan İlham Mirzəyev biznesini genişləndirir. Tərəflər uzun müddətli müqavilə imzalayıblar. Müqavilənin bağlanmasına səbəb ortaq restoranlar şəbəkəsinin yaradılmasıdır.

İlham Mirzəyevin ANS PRESS-ə verdiyi məlumata görə, onların işbirliyi nəhəng olacaq. Şəbəkə üç ölkədə - Türkiyədə, Azərbaycanda və Rusiyada fəaliyyət göstərəcək. Restoranlar ilkin olaraq İstanbul, Bakı və Moskva şəhərlərində müştərilərin ixtiyarına veriləcək. Biznes işləri ilə əlaqədar İbrahim Tatlısəsin oğulları bu yaxınlarda Azərbaycana işgüzar səfər edəcəklər.

Bu münasibətlə Tatlısəs Ilham Mirzəyevin şərəfinə ziyafət verib. Ziyafətdə Tatlısəsin oğulları İdo və Əhməd, Türkiyənin cox məhşur Ozanı Ustad Esat Kabaklı, məşhur futbolçu Paskal Numa, komediya aktyoru, rejissor-ssenarist Şafak Sezer və başqaları iştirak ediblər.

Qeyd edək ki, psixoloq-alim İlham Mirzəyevin şəxsi tibbi-psixoloji reabilitasiya klinikası var. Məşhur teleaparıcı və elm adamı Azərbaycanda ictimai xadim kimi bir çox işlər görüb.

Kanal D Bakı vaxtı ilə səhər 10.30-dan 13.30-a qədər Kanal D telekanalının maqazinda izləmək olar. Artıq İlham Mirzəyev artıq Türkiyədə məşhur simaya çevrilib. Keçən həftə Star TV-nin efirində görünüb.

Geri qayıt