Əsas Səhifə > Siyasət, Manşet > YAP-DAN DAHA KİMLƏR VƏZİFƏYƏ GETMƏLİ İMİŞ?

YAP-DAN DAHA KİMLƏR VƏZİFƏYƏ GETMƏLİ İMİŞ?


24-10-2013, 09:23
YAP-DAN DAHA KİMLƏR VƏZİFƏYƏ GETMƏLİ İMİŞ?
ƏLİ ƏHMƏDOV BAŞ NAZİRİN MÜAVİNİ OLSA DA, DİGƏRLƏRİ GÖZLƏMƏLİ OLDU

DİA.AZ: - Nazirlər Kabinetinin yeni heyətinin təsdiqlənməsinin ardından bütün postlarla bağlı məsələlər birdəfəlik olaraq qapanmış kimi görünsə də, əslində vəziyyət heç də görüntüdə olduğu kimi deyilmiş. Bu barədə DİA.AZ-a olduqca maraqlı bir informasiya ötürülüb.

Məlumatlı mənbə iddia edir ki, bu gün hətta baş nazirlik uğrunda belə mübarizə gedir və bunu «yuxarıda» hər kəs yaxşı bilir. Mənbənin söylədikləri:

«Artur Rəsizadə çox etibarlı bir komanda adamı olsa da, onun mövqeyində olmaq istəyən yetərincə fiqurlar var. Eyni zamanda nazir gəlmək istəyənlər də var. Ümumiyyətlə, bu gün YAP-dan bir neçə fiqurun NK strukturlarında təyinatı gözlənilirdi. Amma bu, baş vermədi. Yalnız Əli Əhmədov baş nazirin müavini postuna gətirildi».

Mənbəmizin sözlərinə görə, halbuki YAP rəhbərliyində təmsil olunan daha bir neçə tanınmış nüfuzlu sima vəzifə gözləntisində imiş: «Amma onların istədikləri olmadı. Prezident yalnız Əli Əhmədovu görəvləndirdi. Deməli, növbəti kadr islahatı dönəmini gözləmək zorundadırlar».

Geri qayıt