Əsas Səhifə > Ölkə, Manşet > NAZİRLƏR KABİNETİ YENİ HEYƏTDƏ KİMƏ SƏRF ETMİR?

NAZİRLƏR KABİNETİ YENİ HEYƏTDƏ KİMƏ SƏRF ETMİR?


23-10-2013, 16:04
NAZİRLƏR KABİNETİ YENİ HEYƏTDƏ KİMƏ SƏRF ETMİR?
HƏMİN QÜVVƏLƏRLƏ BAĞLI İLGİNC İTTİHAM

DİA.AZ: - Prezident İlham Əliyevin son kadr islahatları birmənalı qarşılanmayıb. Ki, bu da təbiidir. Hər halda, istənilən bir bu tipli addıma fərqli reaksiyalar olmalıdır. Və oldu da. Lakin burada diqqətçəkən bir sıra məqamlar da var. Söhbət yeni Nazirlər Kabineti heyətinin tərkibindən məmnun qalmayan bəzi iqtidariçi qüvvələrin müqavimət göstərmə niyyətinə düşmələrindən gedir.

Bu barədə DİA.AZ-a maraqlı bir məlumat daxil olub. Redaksiyamızın elektron poçtuna ünvanlanan xəbərdə qeyd olunur ki, bu gün Fransada oturub Azərbaycan dövlətinin və dövlət rəhbərliyinin əleyhinə müxtəlif ittihamlar səsləndirən keçmiş ABU rektoru əslində hakimiyyət içində bəlli bir qruplaşma tərəfindən yönəldilən fiqurdur.

Məlumatda deyilir: «Elşad Abdullayev idarə olunur və elə buna görə də onun barəsində beynəlxalq axtarışın elan olunması da yetərli hesab olunmadı. Ən azından belə bir təəssürat yarandı. Və görünəni odur ki, Elşad Abdullayevin barəsində verilmiş orqan alverilə bağlı axtarış qərarı Azərbaycan sərhədlərini aşmayıb.

Elə bunu Elşad Abdullayevin özü də deyirdi. Yəni o, arxalandığı qüvvələrin qüdrətinə bələd idi. Həmin qüvvələr indi ondan təzyiq aləti kimi istifadə edirlər.

Diqqət yetirin, xeyli vaxt susan Elşad Abdullayev Nazirlər Kabinetinin təsdiqi ərəfəsində fəallaşır. Yenidən meydana çıxır. Bu, təsadüfi deyil».

Məlumatı yollayan qaynaq iddia edir ki, Elşad Abdullayev rəsmi Bakıya və dövlət rəhbərlərinə qarşı kampaniyasını məhz onu dəstəkləyən qüvvələrin sifarişi ilə yenidən başladıb: «Elşad Abdullayevin himayədarları son qərardan, Nazirlər Kabinetinin məhz məlum olan heyətdə təsdiqindən narazı qalıblar. Ona görə də yenidən köhnə silahlarını - Elşad Abdullayevi işə salıblar. Onların başqa istiqamətlərdən də müqavimət cəhdlərini mütləq müşahidə edəcəyik»…

Geri qayıt