Əsas Səhifə > Şou-biznes > İRADƏ İBRAHİMOVADAN SÜRPRİZ

İRADƏ İBRAHİMOVADAN SÜRPRİZ


24-01-2012, 13:15
İRADƏ İBRAHİMOVADAN SÜRPRİZ

TOYA HƏDİYYƏ KİMİ TÜRKİYƏDƏN MÜĞƏNNİ GƏTİRİLƏCƏK

Fevralda baş tutacaq toyun bəzi təfərrüatları məlum olub.

Milli.Az-a daxil olan məlumata görə, sonbeşik bacısı Sonanın toyuna hazırlıq görən tanınmış estrada müğənni İradə İbrahimova yanvarın son günləri Bakıya gələcək.

Ailə qurduqdan sonra İstanbula gəlin köçən İradə Türkiyə şou-biznesinə qoşulmağı qarşısına məqsəd qoymasa da bəzi həmkarları ilə dost münasibətləri var. Fanatlarından biri Facebook sosial şəbəkəsində yazıb ki, xanım İbrahimova bacısına sürpriz olsun deyə, 10 fevral tarixində baş tutacaq toy mərasiminə tanınmış türk müğənnilərindən birini də dəvət edəcək. Həmin sənətçinin kimliyi isə sirr olaraq saxlanılır.


Geri qayıt