Əsas Səhifə > Ölkə, Manşet > ZİYA MƏMMƏDOV ƏSLİNDƏ GÖRƏVDƏN ALINMALI İMİŞ…
ZİYA MƏMMƏDOV ƏSLİNDƏ GÖRƏVDƏN ALINMALI İMİŞ…23-10-2013, 14:17 |
ONUN NAZİR POSTUNA ŞƏRTLİ TƏSDİQ OLUNDUĞU DEYİLİR DİA.AZ: - Nazirlər Kabinetinin yeni heyətində də özünə yer etməyə müvəffəq olmuş nəqliyyat naziri Ziya Məmmədovla bağlı ilginc məlumatlar əldə etmişik. Bu barədə DİA.AZ-a hökumət içindəki etibarlı mənbə informasiya ötürüb. Qaynağın iddialarından belə anlaşılır ki, Ziya Məmmədov postunda müvəqqəti olaraq təsdiqlənib. Mənbə şok faktları açıqlayır: «Ziya Məmmədov bu gün çox ciddi şəkildə iqtidardaxili intriqalara cəlb olunub. Təbii ki, bu da öz növbəsində NN şefini ciddi rəqiblərlə üz-üzə qoyub. Vəziyyət o şəkildədir ki, hətta başqa müstəvidə döyüşən iqtidariçi güc mərkəzləri Ziya Məmmədovla bağlı məsələdə vahid cəbhədən çıxış edirlər. Onları birləşdirən ümumi məqam isə Ziya Məmmədova düşmən olmalarıdır». Daxil olan informasiyalara görə, Ziya Məmmədova olan prezidentin etimadı da yetərincə sarsılıb: «O da digər «vurulmuş» nazirlər kimi sınaq mərhələsindədir. Onunla bu barədə söhbət aparılıb və nəzərinə çatdırılıb ki, əgər indiki situasiya ilə qane olmazsa, şəraitini dəyişməyə çalışarsa, o zaman baş verə biləcək yeganə yenilik məhz onun əleyhinə olacaq». Mənbəmiz iddia edir ki, ayrı-ayrı dönəmlərdə baş nazir postuna iddialı olan Ziya Məmmədov son ərəfədə yeni vəzifələrin peşinə düşübmüş: «Hətta özünü kifayət qədər maddi baxımdan imkanlı hesab edən NN şefi bir sıra nüfuzlu məmurlara meydan oxuma cəsarətini belə ortaya qoymuşdu». Anlaşılanı odur ki, bu da onun öz əleyhinə çevrilən bir situasiyanı yetişdirib. Mənbə bildirir ki, nazir vəzifəsinə şərtli olaraq təsdiq olunan Ziya Məmmədovun təxmini olaraq 100 günü var: «Ona 3 ay vaxt verilib. Və bu vaxt sınaq dövrüdür. Əgər vəziyyəti dəyişməzsə, o zaman vəzifəsindən azad edilməsi üçün heç bir əlahiddə məqam nəzərə alınmayacaq». Geri qayıt |