Əsas Səhifə > Cəmiyyət > İCRA BAŞÇILARI NƏ VAXT DƏYİŞDİRİLİR?

İCRA BAŞÇILARI NƏ VAXT DƏYİŞDİRİLİR?


23-10-2013, 13:59
İCRA BAŞÇILARI NƏ VAXT DƏYİŞDİRİLİR?
Məlum olduğu kimi, ötən gün prezident İlham Əliyevin sərəncamları ilə yeni hökumət formalaşdı. Jam.az xəbər verir ki, bəzi dəyişikliklər edilsə də, əsasən köhnə komanda ilə yola davam edən hakimiyyət bir çox məmurları da tikan üzərində əyləşdirib.

Məlumatlara görə, icra başçıları ilə bağlı məsələ yanvardan tez baş verməyəcək. Belə ki, rayon rəhbərlərinin təyinat məsələsi yeni ilin əvvəlinə təsadüf edəcək. Səbəb isə indiki komandanın oturuşmasını təmin etmək və yeni kadrlarla nə qədər işləməyin mümkün olmasına tam əmin olmaqdır. Yanvar ayından etibarən isə prosesə start veriləcək ki, bu da bir çox rayonların rəhbərlərinin işdən çıxarılması ilə müşahidə olunacaq.

Məlumatlarda o da vurğulanır ki, bəzi rayonların rəhbərləri indidən əl-ayağa düşüblər. Onların narahat olmalarına səbəb isə haqlarında edilən şikayətlərin lazımi instansiyalara gedib çıxması, habelə seçki zamanı istənilən nəticələri göstərə bilməmələridir.

Geri qayıt