Əsas Səhifə > Partiya > SƏRDAR CƏLALOĞLU SON DƏYİŞİKLİKLƏRDƏN DANIŞDI

SƏRDAR CƏLALOĞLU SON DƏYİŞİKLİKLƏRDƏN DANIŞDI


23-10-2013, 13:24
SƏRDAR CƏLALOĞLU SON DƏYİŞİKLİKLƏRDƏN DANIŞDI
“Yeni hökumət yoxdur, bu təyinatlarla iqtidar status-kvo”nu saxlayıb”, - Demokrat Partiyasının sədri Sərdar Cəaaloğlu yeni hökumətin tərkibinə münasibətini ifadə edib.

ADP sədri hətta bir-iki nazirin vəzifəsindən azad olunmasının belə məntiqi izahı olmadığını nəzərə çatdırıb. S.Cəlaloğlu iqtidarın ölkədə iqtisadi inkişaf haqda danışmasını müsbət dəyərləndirməyib. Onun fikrincə, siyasi, iqtisadi, sosial, ümumilikdə bütün sferalar harmonik inkişaf etməlidir. İndiki halda ölkədə yalnız iqtisadi inkişafın olması haqda rəsmi Bakının danışıqlarını ADP sədri insan orqanizmilə müqayisə edib. “Bu, ona bənzəyir ki, insan orqanizmində bir üzv inkişaf edir, qalanları yox. Bunun özü də anormallıqdır və belə birtərəfli inkişafın özü ölkəni böhrana salır”, - ADP sədri vurğulayıb. Onun sözlərinə görə, hökumət dövlətin gələcəyi naminə bu cür birtərəfli inkişafdan imtina etməlidir.

Onun fikrincə, durumdan yeganə çıxış yolu iqtidarın koalision hökumət qura bilməsi olar. Bu heç də hökumətdən pay almaq kimi başa düşülməməldir. S.Cəlaloğlu bunu seçkiyə qatılan qüvvələrin seçkilərdə aldıqları səs faizlərinə uyğun hökumətdə təmsil olunmaları kimi şərh edib. ADP sədrinə görə, iqtidar bu addımı atmasa nəinki mövcud böhrandan çıxa bilməyəcək, əskinə böhran daha da dərinləşəcək.

Geri qayıt