Əsas Səhifə > Şou-biznes > TOLİK DƏ İSA QƏMBƏRİ QARALAYIB

TOLİK DƏ İSA QƏMBƏRİ QARALAYIB


23-10-2013, 11:23
TOLİK DƏ İSA QƏMBƏRİ QARALAYIB
Prodüser Tolik bu dəfə Müsavat başqanı İsa Qəmbərə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, prodüser instagram səhifəsində Müsavat başqanının yeni formalaşan hökumətin tərkibi ilə bağlı açıqlamasını şərh edib:

“İsa Qəmbərə sual vermək istəyərdim. Siz bəs niyə namizədliyinizi vermədiniz ? Cavabını deyim, çünki insanlar sizin sürdüyünüz siyasətə inanmırlar. Cəmil bəy heç olmasa 5 faiz yığmışdısa, siz heç 1 faiz də yığa bilməyəcəkdiniz. Bəsdi öz uğursuz siyasətinizlə cavanların beynini boş şeylərlə doldurdunuz. Bizim Azərbaycan dahi insanlar diyarıdır. Rəsulzadə, Heydər Əliyev, Elçibəy kimi dahi şəxslər görüb. Amma bu tarixdə sizin adınız olmayacaq. Çünki siz Azərbaycana heç vaxt heç nə vere bilmədiz. Ona görə də çox xoşbəxtəm ki, İlham Əliyev bizim prezident seçildi. Dövlət başçısı sizdən soruşmalı deyildi ki, kimi Nazirlər Kabinetindən çıxarsın, kimi isə saxlasın. Siz partiyanızın işinə baxsanız pis olmaz”.

Geri qayıt