Əsas Səhifə > Dünya > TÜRKİYƏDƏ TƏLƏBƏLƏR ÜSYANA QALXIB

TÜRKİYƏDƏ TƏLƏBƏLƏR ÜSYANA QALXIB


23-10-2013, 10:43
TÜRKİYƏDƏ TƏLƏBƏLƏR ÜSYANA QALXIB
Ötən gün Türkiyənin bir sıra universitetlərinin tələbələri etiraz aksiyası keçiriblər. Bu barədə Trend Türkiyənin "TRT Haber" telekanalına istinadən xəbər yayıb.
Telekanalın məlumatına görə, tələbələr Orta Doğu Teknik Üniversitesinin ərazisindən yolun çəkilməsinə, o cümlədən ağacların kəsilməsinə qarşı etiraz ediblər.
Ötən gün Baş nazir Rəcəb Tayyib Ərdoğan etiraz aksiyaları barədə danışarkən bildirib ki, bu cür hərəkətlər hökumətin fəaliyyətini dayandıra bilməz. Hətta lazım olsa ölkənin inkişafı üçün yol çəkilişi və digər tədbirlər üçün məscidlər də sökülə bilər.

Geri qayıt