Əsas Səhifə > Hadisə > EKSPERT: "SƏFƏR ƏBİYEVƏ YENİ VƏZİFƏ VERİLƏCƏK"

EKSPERT: "SƏFƏR ƏBİYEVƏ YENİ VƏZİFƏ VERİLƏCƏK"


23-10-2013, 09:54
EKSPERT: "SƏFƏR ƏBİYEVƏ YENİ VƏZİFƏ VERİLƏCƏK"
"Səfər Əbiyevin vəzifəsindən çıxarılmasına ən çox sevinənlərə bəd xəbərim var. Məndə olan məlumata görə, çox yaxın vaxtlarda onu indikindən az əhəmiyyətli olmayan vəzifəyə təyin edəcəklər. 1995-cü ildən indiyədək Azərbaycanın ən önəmli dövlət postlarından birini - müdafiə naziri postunu tutmuş adama özünüz də görəcəksiniz ki, indiki hakimiyyət mütləq mənada diqqətini əsirgəməyəcək."

Bu fikirləri SalamNews-a hərbiçi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Prezident İlham Əliyevin sərancamı ilə Səfər Əbiyevin müdafiə naziri postundan uzaqlaşmasını şərh edərkən bildirib.

O deyib ki, müdafiə naziri postunda olduğu müddətdə onu kadr təyinatları, ordu quruculuğu məsələlərindəki boşluqlara və digər məsələlərə görə ən çox tənqid edən şəxslərdən biri mən idim. İndi onu vəzifədən çıxarıblar deyə, yeni bir şey demək istəmirəm. Amma, hesab edirəm ki, yeni müdafiə naziri general-polkovnik Zakir Həsənovun Müdafiə Nazirliyində normal və sərbəst çalışması üçün mütləq mənada Baş Qərargah rəisi, iddiası bu gün də bütün sədləri aşan Nəcməddin Sadıxov yaxın vaxtlardan postundan çıxarılmalıdır. MN-nin adının mənfi halda hallanmasında misilsiz xidmətləri olan, Azərbaycan ordusunun ən təsadüfü generallarından biri olan Çingiz Məmmədov də oradan uzaqlaşdırılmalıdır. Bir sözlə, yeni müdafiə naziri Zakir Həsənov üçün çox çətin və məsuliyyətli dövr başlayır.

Geri qayıt