Əsas Səhifə > Siyasət, Manşet > İLHAM ƏLİYEV KOMANDASINA «4» QİYMƏTİNİ VERDİ

İLHAM ƏLİYEV KOMANDASINA «4» QİYMƏTİNİ VERDİ


23-10-2013, 09:46
İLHAM ƏLİYEV KOMANDASINA «4» QİYMƏTİNİ VERDİ
NAZİRLƏR KABİNETİNİN YENİ KÖHNƏ HEYƏTİ 5 İLLİK SINAQDAN BELƏ ÇIXDI

DİA.AZ: - Azərbaycanda yeni Nazirlər Kabineti işinə başlayıb. Doğrudur, bir sıra mühüm postlarda dəyişikliklər baş verməsə də, bunun əslində gözlənilməz olmadığını da söyləmək lazımdır. Yəni gözlənilirdi ki, İlham Əliyev komandasının «açar isim»ləri ilə yenidən «yola davam» deyəcək. Və bu belə də oldu. İndi nə baş verəcək?

Bununla bağlı DİA.AZ-a müəyyən bilgilər daxil olub. Hökumət içindəki mənbələrdən əldə etdiyimiz informasiyalardan da aydın olur ki, əslində Nazirlər Kabinetinin yenidən Artur Rəsizadə ilə yolunu davam etdirməsi İlham Əliyev tərəfindən sədaqət faktoruna xüsusi önəm verilməsinin təzahürü kimi qiymətləndirilməlidir. Xatırlayırsınızsa, redaksiyamızın əvvəlki materiallarında da bu məqama xüsusi diqqətin yetiriləcəyini bildirmişdik.

Əmək və əhəlinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun isə faktiki olaraq oğlunun və qardaşının fəaliyətinin qurbanına çevrildiyi gün kimi aydındır. Hər halda, ƏƏSMN şefi məhz oğlunun dostlarının İsmayıllıdakı davranışlarından sonra hədəfdə idi. Lakin həmin ərəfədə Fizuli Ələkbərov görəvdən alına bilməzdi. Amma İsmayıllıya başçılıq edən qardaşı görəvdən alındı. Bununla yanaşı prezident İlham Əliyev harınlamış məmur övladlarının ünvanına sərt xəbərdarlıq etdi. «Sizin gjüvəndiyiniz adamları mən vəzifəyə təyin etmişəm, mən də onları çıxaracam» xəbərdarlığı əslində Nazirlər Kabinetinin dünən elan olunan tərkibində Fizuli Ələkbərovun adının olmaması üçün kifayət qədər ciddi zəmin hesab olunmalıdır.

Səfər Əbiyevə gəlincə isə, onun əsgər ölümləri burulğanından birtəhər çıxıb, ABŞ-la siyasi qalmaqala cəlb olunması istənilən halda rəsmi Bakının ürəyincə olmayan bir məsələ idi. Səfər Əbiyev də hədəfdə idi və o, artıq müxalifət qüvvələri üçün bir məlzəmə predmetinə çevriləndə hədəf olduğunu yaxşı anlayırdı. Amma müdafiə oluna bilmədi. Onun müdafiə olunması isə özünü doğrultması anlamına gəlirdi. Və özünü doğrulda bilmədiyindən, hətta ABŞ səfiri ilə görüşündə EHTİYATSIZ SİYASİ GEDİŞ etməsi səbəbindən öz gedişini sürətləndirmiş oldu.

İsmət Abbasov isə böyümüş kimi görünsə də, əslində «pensionerlər klubu»na daxil oldu. Hər halda, kimsə bu gün kənd təsərrüfatı naziri postundan alınaraq baş nazirin müavini vəzifəsinə təyin edilən İsmət Abbasovla YAP sədrinin müavinliyindən baş nazirin müavini görəvinə gətirilən Əli Əhmədovun durumunu eyniləşdirə bilməz. İsmət Abbasovun cəzalandırıldığı, Əli Əhmədovun isə mükafatlandırıldığı faktdır. Sadəcə olaraq İsmət Abbasova məhz sədaqətindən dolayı cəza kəsilmədi, yenidən hakim düşərgədə saxlanıldı. Yarıtmazlığı səbəbindən isə vəzifəsindən azad edildi. Ona başa salındı ki, konkret bir sahəyə rəhbərlik onun potensialları ilə tərs mütənasibdir.

Burada diqqət çəkən məqamlardan biri də Aydın Bəşirovun rəhbərlik etdiyi Dövlət Xəzər Dəniz Gəmiçiliyi idarəsinin ləğv edilməsidir. Yox, məsələ onda deyil ki, nədən yeni qurum yaradıldı. İş Aydın Bəşirovun hakim düşərgədən qovulmasından gedir. Bəllidir ki, özünün maddi imkanlarına görə Aydın Bəşirov bu gün çox ciddi maliyyə bosslarından hesab olunur. Və belə bir oliqarxın iqtidardan kənarda tutulması artıq çox ciddi bir məsələ kimi qəbul olunur. Yəni Aydın Bəşirov təkcə vəzifəsi ilə vidalaşmayacaq…

Beləcə, köhnə tərkibin üstünlük təşkil etdiyi yeni heyətlə İlham Əliyev yoluna davam qərarı verdi. Bu isə o deməkdir ki, İlham Əliyev öz komandasının son beş illik fəaliyyətinə «4» qiyməti verir. Yəni ümumi mənada razılıq var…

Geri qayıt