Əsas Səhifə > Siyasət, Manşet > DÜNƏN AXŞAM BAKIDA BENZİN HƏYƏCANI YAŞANDI

DÜNƏN AXŞAM BAKIDA BENZİN HƏYƏCANI YAŞANDI


23-10-2013, 09:15
DÜNƏN AXŞAM BAKIDA BENZİN HƏYƏCANI YAŞANDI
SÜRÜCÜLƏR ARASINDA ŞAİYƏLƏR YAYILDI Kİ, BENZİNİN QİYMƏTİ ARTACAQ

DİA.AZ: - Dünən Bakının bəzi yanacaqdoldurma məntəqələrində süni ajiotaj yaranıb. Bu barədə DİA.AZ-a müraciət edən paytaxt sakinləri bildirir ki, kimlərsə məqsədli şəkildə benzinin qiymətinin artacağı xəbərini yayıblar və bundan sonra bəzi yanacaqdoldurma məntəqələrində uzun növbələr əmələ gəlib.

DİA.AZ əməkdaşları dünən axşam saatlarında bəzi YDM-lərə baxış keçiriblər. Və məlum olub ki, keçmiş «Qəbələ» kinoteatrının yaxınlığında yerləşən «Azpetrol»a aid YDM-də və Badamdar ərazisində yerləşən iki YDM-də uzun tıxaclar yaranıb.

Əməkdaşlarımız sürücülərlə söhbət edib və aydın olub ki, onlar da şaiyə şəklində benzinin sabah (yəni bu gün -red.) səhərdən etibarən qiymətinin qalxacağını eşidiblər və bu səbəbdən də YDM-yə gəliblər.

Onu da bildirək ki, rəsmi qurumlar benzinin qiymətinin qalxmayacağını bəyan ediblər.

Və güman olunur ki, sürücüləri bu şəkildə təlaşlandıran dünən Azərbaycanda baş verən hökumət dəyişikliyidir. Daha doğrusu, Nazirlər Kabinetinin heyətində edilən bir sıra yeniliklər…

DÜNƏN AXŞAM BAKIDA BENZİN HƏYƏCANI YAŞANDI
DÜNƏN AXŞAM BAKIDA BENZİN HƏYƏCANI YAŞANDI
DÜNƏN AXŞAM BAKIDA BENZİN HƏYƏCANI YAŞANDI
DÜNƏN AXŞAM BAKIDA BENZİN HƏYƏCANI YAŞANDI

Geri qayıt