Əsas Səhifə > Ölkə, Manşet > ŞOK: AGENT SEÇKİ GÜNÜ BAKINI QARIŞDIRMALI İMİŞ

ŞOK: AGENT SEÇKİ GÜNÜ BAKINI QARIŞDIRMALI İMİŞ


22-10-2013, 13:34
ŞOK: AGENT SEÇKİ GÜNÜ BAKINI QARIŞDIRMALI İMİŞ
MOLLALARIN DAHA BİR TƏXRİBATI

DİA.AZ: - Son zamanlar susurmuş kimi görünən İranın xüsusi xidmət orqanlarının Bakıda aktivləşməsi barədə müəyyən məlumatlar yayılıb. Bu barədə DİA.AZ-ın da elektron ünvanına ilginc informasiya ötürülüb. Həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:

«İran heç bir zaman Azərbaycandakı maraqlarından əl çəkməyib və çəkməyəcək. Çünki Tehran rəsmiləri yaxşı bilirlər ki, bu ölkəni dağıda biləcək yeganə faktor məhz Azərbaycan türklərinin bütövləşmə niyyətidir. Elə buna görə də İranla Azərbaycanın münasibətlərində istənilən bir istilik müvəqqəti və saxta xarakter daşıyıb. Maraqlı orasıdır ki, bunu tərəflərin özləri də yaxşı anlayırlar. Elə buna görə də İran-Azərbaycan arasında yaranan və yaxud da yarana biləcək hər hansı gərginlik tərəflər üçün təəccübə səbəb olmur. Çünki hər iki tərəf digərindən təhlükəni hər zaman gözləyir.

Məlumat üçün bildirək ki, İranla Azərbaycan arasında öz ərazilərindən 3-cü bir ölkəyə kəşfiyyat məqsədilə istifadə üçün verilməsini qadağan edən müqavilə imzalanıb və bu məzmunda müqavilə tərəflər arasında 3 dəfə imzalanıb. Amma buna rəğmən bu gün İran ərazisi erməni kəşfiyyat orqanları üçün açıqdır və yetərincə faktlar var ki, ermənilər Azərbaycan əleyhinə məhz İran ərazilərindən istifadə ediblər.

Son zamanlar Kremlin Azərbaycana qarşı artan təzyiqləri fonunda isə regionda rusların əsas dəstəkçisi hesab olunan İranın xüsusi xidmət orqanları da antiAzərbaycan yönümlü fəaliyyətlərini intensivləşdiriblər.

Bu günlərdə Tehrandan Bakıya xüsusi missiyalı bir elçi göndərilib. Həmin şəxsin kimliyi Azərbaycanın xüsusi xidmət orqanlarına da bəlli olduğundan onun fəaliyyəti izlənilib. Və yadın olub ki, həmin şəxs Azərbaycanda seçki günündə təxribatların törədilməsi üçün müəyyən planların icrasını həyata keçirmək istəyib, amma onun bu niyyəti Azərbaycanın təhlükəsizlik orqanları tərəfindən alınıb və həbs olunan iranlı emissar sonradan Tehranın müdaxiləsi ilə İrana təhvil verilib».

DİA.AZ bildirir ki, hər halda, bu yazılanların hansı dərəcədə həqiqət olduğu bəlli olmasa da, bir məsələ gün kimi aydındır: O da İranın Azərbaycana olan düşmən münasibəti…

Geri qayıt