Əsas Səhifə > Partiya > RÜSTƏM İBRAHİMBƏYOV MİLLİ ŞURADAN GEDƏ BİLƏR...

RÜSTƏM İBRAHİMBƏYOV MİLLİ ŞURADAN GEDƏ BİLƏR...


22-10-2013, 12:44
RÜSTƏM İBRAHİMBƏYOV MİLLİ ŞURADAN GEDƏ BİLƏR...
Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun Milli Şuranın sədrliyindən uzaqlaşdırılması və qurumun prezident seçkilərində namizədi olmuş Cəmil Həsənlinin sədrlik postunda onu əvəzləməsi məsələsi MŞ daxilində müzakirəyə çıxarıla bilər.

Bunu Lent.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini, Milli Şuranın üzvü Gülağa Aslanlı deyib. O bildirib ki, hər bir təklif kimi bu məsələ də Milli Şurada müzakirəyə çıxarıla və qurum üzvlərinin fikirləri öyrənilə bilər.

G.Aslanlının sözlərinə görə, bununla belə, R.İbrahimbəyovun MŞ sədrliyindən çıxarılması məsələsində əsas mövqe C.Həsənlinin bu barədə fikirləri ilə bağlıdır: “Bu məsələdə əsas mövqe Cəmil bəyin özünün fikridir. Ancaq Cəmil bəyin özünün Milli Şura sədri olmaq istəməsi ilə bağlı bir niyyətinin olduğunu güman etmirəm. Hələ ki, onun özünün də bu yöndə hər hansı açıqlaması və ya fikri yoxdur”

Geri qayıt