Əsas Səhifə > Ölkə, Manşet > DAHA BİR TİKİNTİ ŞİRKƏTİ ÜSYANA NƏDƏN OLUB

DAHA BİR TİKİNTİ ŞİRKƏTİ ÜSYANA NƏDƏN OLUB


22-10-2013, 12:26
DAHA BİR TİKİNTİ ŞİRKƏTİ ÜSYANA NƏDƏN OLUB
DİA.AZ: - Azərbaycanda son illər diqqəti cəlb edən məqamlardan biri də hündürmərtəbəli binaların tikintisidr. Son bir neçə il ərzində tikinti bumu zəifləsədə yenə də tiklilər davam edir. Və prosesin gedişatında məlum olur ki, bir tərəfdən bu binalar insanların məzillə təminatına dəstək olursa, bu biri tərəfdən də insanların müflisləşməsi üçün tələyə çevrilib.

DİA.AZ bildirir ki, bununla bağlı “unikal”ın apardığı araşdırmalar maraqlı nəticələri ortaya çıxartdı. Gəlin, haqlarında kifayət qədər şikayətlər olan “Bulaq-2” MTK-in nümunəsində baş verən qanunsuzluqlara baxaq. Bildirilir ki, “Bulaq-2” MTK-a şəhərin Binəqədi rayonu ərazisində hündürmərtəbəli bina tikintisi ilə məşğul olur. Digər MTK-lar kimi bu MTK-da tikintiyə hələ başlama zamanında tikiləcək binanın mənzillərini vətəndaşlara satmağa başlayıb. Vətəndaşlarla bağlanan müqaviləyə uyğun olaraq bəlli zaman ərzində bina təhvil verilməli idi. Amma verilən zaman keçsədə bina təhvil verilmir ki, verilmir. Araşdırmalarımız zaman aydın oldu ki, MTK-ların vətəndaşları ilk aldatmaları məhz burada olur. Tutalım vətəndaşa bildirilir ki, iki ildən sonra bina təhvil veriləcək. Amma sonradan bu iki il bəzən 5 illə əvəzlənir. Hətta bina yaşayış üçün vətəndaşa veriləndən sonra aydın olur ki, binanın nə istilik sistemi var, nə binaya qaz çəkilib, nədə mənzil alan vətəndaşa “kupça” dediyimiz yaşayış,alma-satma hüququ verilən sənəd verilmir. Belə olan halda isə mənzil istənilən vaxt vətəndaşın əlindən hətta alınada bilər. Məhz buna görə də bəzi dəllalar bir mənzili bir neçə sakinə sata bilmişdilər. Korrupsiyaya qarşı Mübarizə İdarəsinin apardığı araşdırmalardan sonra “GEN” MMC-in, “Şakir” MMC, “Lalə-H”,”Eyfel” MMC, “Mütəfəkkir” kimi tikinti şirkətlərinin rəhbərliyi həbsə atıldı. Çünki aydın oldu ki, bir mənzil bir neçə vətəndaşa satılıb. Və bu məsələ prezident İlham Əliyev səviyyəsinə qədər gedib çıxandan sonra, prezidentin sərt bəyanatı ilə bu cür halların qarşısı alındı və həbslər həyata keçirildi. Amma aydın olur ki, problem kökündən həll olunmayıb.Belə ki, “Bulaq-2” MTK-a bu gündə vətəndaşlara aldıqları mənzilin sənədlərini vermir və heç kəs qarrantiya verə bilməz ki, bir mənzil bir neçə şəxsə satılmayıb. Adı çəkilən tikinti şirkətinin mənzili vaxtında təhvil verməməsinin də səbəbi aydınlaşdırıldı. Məlum oldu ki, sakinləri düşünməyən “Bulaq-2 ” MTK-a daha çox gəlir əldə etmək üçün vətəndaşları aylardı ki, süründürür. Maraqlıdır, daha çox gəlir necə əldə edilir? Deməli vətəndaşlardan öncədən alınan pullar hesabına binanın inşası başlanılır. Amma bunu tam sona çatdırmaq üçün əlavə vəsait sərf edilməlidir. Buna görə də tikinti şirkəti tikdiyi binanı başa çatdırmamış yeni binanın inşasına başlayır. Belə olan halda yeni binadan mənzil alan vətəndaşların pulları hesabına yarımçıq qalan binanın işləri həyata keçirilir. Beləliklə də şirkət binalarının sayını artırır, əlavə gəlirlər əldə edir, vətəndaşlar isə binanın təhvil verilməsini gözləməli olur. Elə “Bulaq-2” MTK-da Binəqədidə başladığı binanın təhvil verilməsini yubadaraq növbəti binanın inşasına başlayıb. Bununla bağlı “Unikal”a açıqlama verən hüquqşünas Elşən Səfərov bildirir ki, bu vətəndaşların hüquqlarının açıq şəkildə pozulmasıdır və cinayət prosessual qaydada məsələyə baxılmalıdır. Çünki qaydaların bu şəkildə pozulması vəzifəsindən sui-istifadə, dələduzluq yolu ilə külli miqdarda vəsait əldə etmə və vətəndaşların mülkiyyət hüquqlarının pozulması kimi maddələrlə bu işə baxılmalıdır. Onun sözlərinə görə vətəndaşla müqavilə imzalanır və deyilən vaxtda mənzil təhvil verilmirsə, ən pis halda həmin şirkət vətəndaşa kompensasiya ödəməlidir. Bunu da qeyd edək ki, vətəndaşlar sona qədər öz hüquqlarını ona görə qoruya bilmirlər ki, mənzil alan zaman az vergi ödəmək üçün şirkətlərin təklifi ilə alqı-satqı qiymətlərini aşağı həddə göstərirlər. Araşdırmamız zamanı buda aydın oldu ki, bu cür tikintilərlə məşğul olan əksər şirkətlərin hansısa məmurlara bağlılıqları olur və bundan istifadə edərək vətəndaşlara qarşı belə haqsızlıqlar həyata keçirilir. Elə “Bulaq-2” MTK da eyni prinsiplə fəaliyyətini davam etdirir. Məlum oldu ki, bu şirkətin sahibi Şəki şəhərində anadan olan Elmira Şirinova adlı bir xanımdır və Elmira xanımın baş nazirin müavini Abid Şərifovla qohumluq əlaqələri var və bu tip problemlərin yaranması zamanı şirkət sahibinin baş nazirin müavini Abid Şərifovun adından istifadə etdiyi söylənilir.Mövzuya qayıdacağıq.

Geri qayıt