Əsas Səhifə > Güney Press, Araşdırma > DÖVLƏT XİDMƏTİNDƏ MƏZƏLİ "KADR İSLAHATI"

DÖVLƏT XİDMƏTİNDƏ MƏZƏLİ "KADR İSLAHATI"


22-10-2013, 10:12
DÖVLƏT XİDMƏTİNDƏ MƏZƏLİ "KADR İSLAHATI"
YERDƏYİŞMƏNİ İSLAHAT KİMİ TƏQDİM EDİR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri Arzu Rəhimovun başı üzərindən qara buludlar müvəqqəti olaraq çəkilsə bu strukturda problemlər həll olunmamış qalır,korrupsiya , rüşvətxorluq və digər qanunsuzluqlar baş alıb gedir. Bildiyiniz kimi bu sahədə çox böyük nöqsanlar var və idarə ən çox şikayətlər edilənlər sırasında olduğundan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində köklü islahatlara ehtiyac var .Bildiyiniz kimi SHXÇDX rəhbəri Arzu Rəhimov bir müddət əvvəl bəyan etmişdir ki,o yaxın zamanlarda idarəsində köklü kadr islahatı aparacaq.

Lakin məlum olmuşdur ki, onun dediyi kadr islahatı görüntü xarakteri daşıyır və yerdəyişmədən başqa bir şey deyil.Belə ki,artıq aydın olur ki, SHXÇDX-nin Bərdə, Biləsuvar, Ağdam, Ağcabədi, Cəlilabad , Bakının Nəsimi rayon şöbələrinin rəisləri sadəcə bir yerdən çıxarılaraq digər yerlərə təyin olunublar.Bu da onu deməyə əsas verir ki, Arzu Rəhimov dediyi sözün üstündə durmur.Doğrudan da belə kadr islahatı olar?!
Bolgexeber.com

Geri qayıt