Əsas Səhifə > Ölkə, Manşet > KƏRƏM HƏSƏNOVA CİNAYƏT İŞİ AÇILA BİLƏR

KƏRƏM HƏSƏNOVA CİNAYƏT İŞİ AÇILA BİLƏR


21-10-2013, 15:42
KƏRƏM HƏSƏNOVA CİNAYƏT İŞİ AÇILA BİLƏR
KOMİTƏ SƏDRİNİN QARDAŞI DA HƏDƏFDƏDİR

DİA.AZ: - Nazirlər Kabinetinin yeni heyətinin təsdiqi zamanı veriləcək qurbanlardan birinin də Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun olacağı heç şübhəsizdir. Bu barədə DİA.AZ-ı bilgiləndirən Nazirlər Kabinetindəki mötəbər mənbə iddia edir ki, bu gün Kərəm Həsənovun durumu çox kritik olsa da, hadisələrin inkişaf axarı üçün iki xətt mövcuddur.

Mənbənin söylədikləri: «Kərəm Həsənovun vəziyyəti tamam fərqli bir formadadır. Elə bir şərait yetişə bilər ki, o, hətta baş nazir postuna da gətirilə bilər. Amma bu durumun inkişaf axarından asılıdır. Bu gün isə Kərəm Həsənovun vəziyyəti qibtəolunası deyil. Əksinə, onun vəzifəsi ilə yanaşı, əlindəki imkanları itirməsi də gözləniləndir».

Məlumatlı mənbə iddia edir ki, 2005-ci ilin məlum «oktyabr mərhələsi»ndən sonra «çiçəyi çırtlayan» Kərəm Həsənov bu gün ona olan etimadı heç də doğrulda bilməyib: «Əksinə, Kərəm Həsənov yuxarı eşalonda kifayət qədər düşmən qazanmış bir şəxs kimi xarakterizə olunur. Qardaşı deputat Malik Həsənovun da fəaliyyəti onun mövqeləri üçün əlavə problemlər yaradıb».

Mənbə iddia edir ki, prezident Kərəm Həsənovun qələmini qıracaqsa, bunun tək zərbəsi komitə sədrinə dəyməyəcək: «Eyni zamanda Malik Həsənov da «vurulacaq». Bu «vurulma» prosesi isə təkcə vəzifələrdən alınma ilə məhdudlaşmır. Bəllidir ki, Həsənov qardaşlarının böyük biznes imperiyaları var. Və bu imperiya çökərdiləcək».

Mənbəmiz onu da əlavə etdi ki, blr sıra maxinasiyalara görə, komitə sədrinə cinayət işi də açıla bilər.

Geri qayıt